Həcc Surəsi 35. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
o kəslərə ki, Allah anıldığı zaman qəlbi qorxuya düşər, başına gələnə səbr edər, namaz qılar onlara verdiyimiz ruzidən (Allah yolunda) xərcləyərlər.
Bünyadov-Məmmədəliyev:
O kəslər ki, Allahın adı çəkiləndə (zikr ediləndə) qəlbləri (qorxudan) titrəyər, üz verən müsibətlərə səbr edər, namaz qılar onlara verdiyimiz ruzidən (ehtiyacı olanlara) sərf edərlər.
Elmir Quliyev :
сердца которых при упоминании имени Аллаха переполняются страхом, которые терпеливы к тому, что их постигает, совершают намаз и расходуют из того, чем Мы их наделили.
Ələddin Sultanov:
O kəslər ki, Allah anıldığı zaman onların qəlbləri titrəyər, başlarına gələn müsibətlərə səbir edər, namazı qılar onlara verdiyimiz ruzidən infaq edərlər.
Kerbelayi Malik ağa:
Onlar Allahı zikr etdikləri zaman qəlbləri titrəyənlərdir (Allahdan gələn bir cərəyanla qəlbləri bədənləri sarsılanlardır). Onlara üzverənlərə (müsibətlərə) səbir edənlərdir namazı qılanlardır. Onlar ruzi verdiyimiz şeylərdən infaq edərlər.
Ələsgər Musayev:
o kəslər ki, onda ki, yad edilir Allah, vəchə gəlir qəlbləri səbr edirlər ki, onlara yetişir ayağa qalxırlar islahata nədən ki, onları ruziləndirmişik, infaq edirlər.
A.Mehdiyev və D.Cəfərli:
O kəslərə ki, Allah yad ediləndə (Onun adı çəkiləndə) qəlbləri qorxuya düşür, üz verən (çətinlik)lərə səbr edir, namaz qılır verdiyimiz ruzidən (Allah yolunda) xərcləyirlər.
Kövsər Tağıyev:
Onlar Allahın adı çəkildiyi zaman qəlbləri ürpənən, başlarına gələn müsibətlər qarşısında səbir edən, namazı etina ilə qılan onlara ruzi olaraq verdiklərimizdən Allah yolunda xərcləyən kimsələrdir.
M.Qənioğlu və T.Bilaloğlu:
O kəslərə ki, Allahın adı çəkiləndə onların ürəkləri lərzəyə gəlir, başlarına gələnlərə dözürlər, namaz qılırlar Bizim verdiyimiz ruzidən xərcləyirlər.
Sabirə Dünyamalıyeva:
Allahın adı çəkildikdə qəlbləri titrəyən, başlarına gələnə səbr edən, səlatı yerinə yetirən [maddi zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə qurumlarını meydana gətirən, yaşadan] ruzi olaraq verdiyimiz şeylərdən Allah yolunda xərcləyən, Allaha ürəkdən boyun əyən kəslərə müjdə ver.