Ali-İmran Surəsi 35. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Bir zaman İmranın arvadı demişdi: “Ey Rəbbim! Mən bətnimdəkini Sənə qul olmaq üçün nəzir etdim. Məndən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən”.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) İmranın zövcəsinin (Hənnənin): “Ey Rəbbim, bətnimdəkini Sənə xidmətkar (qul) olmaq üçün nəzir edirəm. (Bu nəziri) məndən qəbul et! Əlbəttə, Sən eşidənsən, bilənsən!” dediyini xatırla!
Elmir Quliyev :
Вот сказала жена Имрана: "Господи! Я дала обет посвятить Тебе одному того, кто находится в моей утробе. Прими же от меня, ведь Ты Слышащий, Знающий".
Ələddin Sultanov:
Bir zaman İmranın zövcəsi belə demişdi: “Ey Rəbbim, mən bətnimdəkini azad bir bəndə olaraq Sənin üçün nəzir etdim. (Onu) məndən qəbul et! Şübhəsiz ki, Sən eşidənsən, bilənsən”.
Kerbelayi Malik ağa:
İmranın zövcəsi (Hannə): ‘Rəbbim, mən bətnimdə olanı (doğulacaq uşağımı) hür (azad) olaraq sənin üçün (tək Sənə itaət ibadət etsin deyə) nəzir etdim. Artıq onu məndən qəbul buyur. Şübhəsiz ki, Sən Səmisən (ən yaxşı eşidənsən), Alimsən (ən yaxşı bilənsən).’ demişdi.
Ələsgər Musayev:
Onda dedi övrəti Imranın: «Rəbbim! Həqiqətən, mən nəzir etdim Sənin üçün, ki, bətnimdədir, azad olduqda. qəbul et məndən! Həqiqətən, Sən - Sən Səmisən, Alimsən!»
A.Mehdiyev və D.Cəfərli:
(Yada sal) o zaman(?) ki, Imran?n zovc?si dedi: «Ey R?bbim, m?n S?n? n?zr etmis?m ki, b?tnimd? olan azad olsun (h?r bir m?sguliyy?td?n azad olaraq Beytul-Muq?dd?sd? xidm?t etm?y? m?xsus olsun). Odur ki, m?nd?n q?bul et. Cunki S?n esid?n v? bil?ns?n! (Beytul-Muq?dd?sin xidm?tcisi oglan olmal? idi. Imran?n zovc?si d? b?tnind?kinin oglan olmas?n? guman edirdi.)
Kövsər Tağıyev:
Bir vaxt İmranın zövcəsi: “Rəbbim! Bətnimdəki uşağı sırf xidmət etməsi üçün nəzir etdim. Məndən qəbul et. Şübhəsiz ki, sən haqqı ilə eşidənsən, haqqı ilə bilənsən”, demişdi.
M.Qənioğlu və T.Bilaloğlu:
Bir zaman İmranın zövcəsi demişdi: "Rəbbim! Mən bətnimdəkini ancaq Sənə xidmət üçün nəzir etmişəm. Məndən qəbul et! Sən ki, hər şeyi eşidənsən, bilənsən!"
Sabirə Dünyamalıyeva:
Bir zaman İmranın arvadı: "Ey Rəbbim! Həqiqətən mən, bətnimdəkini tam azad olaraq sənin üçün nəzir edirəm. Sən məndən qəbul et, şübhəsiz Sən ən yaxşı eşidənsən, ən yaxşı bilənsən" demişdi.