Mömin Surəsi 35. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Özlərinə bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edənlər həm Allah yanında, həm iman gətirənlərin yanında ancaq böyük bir nifrət artırır. Allah hər bir təkəbbürlü zülmkarın qəlbini belə möhürləyir.
Bünyadov-Məmmədəliyev:
O kəslər ki, (Rəbbindən) özlərinə heç bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edərlər. Bu həm Allah, həm iman gətirənlər yanında (onlara qarşı) nifrət artırar. Allah hər təkəbbür sahibinin, zalımın ürəyini (təkəbbür, zülm sahibi olan hər bir qəlbi) belə möhürləyər!
Elmir Quliyev :
Препирательство тех, которые оспаривают знамения Аллаха без всякого довода, явившегося к ним, весьма ненавистно Аллаху и верующим. Так Аллах накладывает печать на сердце каждого возгордившегося тирана.
Ələddin Sultanov:
Özlərinə heç bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edənlər həm Allahın, həm iman gətirənlərin nəzdində böyük bir nifrətlə qarşılanarlar. Allah təkəbbürlü hər bir zalımın qəlbini belə möhürləyər.
Kerbelayi Malik ağa:
Onlar özlərinə bir sultan (bir dəlil) gəlmədiyi halda Allahın ayələri haqqında mübahisə edərlər. Qəzəb Allahın amənu olanların yanında böyük oldu. Allah bütün zülmkar təkəbbür sahiblərinin qəlbinin üzərini məhz belə möhürləyər.
Ələsgər Musayev:
o kəslər ki, mücadilə edirlər ayətlərində Allahın qeyri sultanlıqla onlara verilmiş. Böyükdür buna nifrəti Allahın o kəslərin ki, inanırlar! Belə Allah külli təkəbbürlü zor deyənlərin qəlbi üzərinə möhür vurdu!
A.Mehdiyev və D.Cəfərli:
Bir dəlil gəlmədən Allahın ayə nişanələri barəsində mübahisə edənlər Allahın iman gətirmiş kəslərin yanında böyük qəzəbə nifrətə düçardırlar. Allah zorakı təkəbbür sahibinin qəlbinə beləcə bütünlüklə (bədbəxtlik) möhür(ü) basır.
Kövsər Tağıyev:
Onlar özlərinə gələn heç bir dəlil olmadan Allahın ayələri haqqında mübahisə edən kimsələrdir. Bu isə Allah qatında iman edənlər qatında böyük qəzəbə səbəb olar. Allah hər bir təkəbbürlü zorbanın qəlbini bax belə möhürləyər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar özlərinə bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edirlər. Bu, Allahın iman gətirənlərin yanında necə nifrətə səbəbdir. Allah hər bir təkəbbürlünün, zülmkarın qəlbinə beləcə möhür vurar!
Sabirə Dünyamalıyeva:
Allah, onlara bir güc verilmədiyi halda, Allahın ayələri/işarətləri/nişanələri haqqında mübahisə edən, həddi aşan, şəkk edən kəsləri beləcə yoldan azdırır. Bu hal, Allah yanında iman gətirənlər yanında böyük nifrətə səbəb olar. Bax beləcə, Allah, lovğalanan hər zülmkarın qəlbinin üzərini möhürləyər."