Zuxruf Surəsi 35. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Üstəlik zinət (verərdik). Bütün bunlar sadəcə dünya həyatının keçici zövqüdür. Axirət isə sənin Rəbbinin yanında ancaq (Allahdan )qorxanlar üçündür.
Bünyadov-Məmmədəliyev:
(bunlardan əlavə onları) qızıl bəzəklər (içində qərq edərdik, yaxud həmin şeyləri qızıldan düzəldərdik). Həqiqətən, bütün bunlar fani dünya malıdır. Axirət (Cənnət) isə sənin Rəbbinin yanında ancaq Allahdan qorxub pis əməllərdən çəkinənlər üçündür!
Elmir Quliyev :
а также украшения. Все это всего лишь преходящие блага мирской жизни, а Последняя жизнь у твоего Господа уготована для богобоязненных.
Ələddin Sultanov:
Hətta qızıldan edərdik! Bütün bunlar ancaq dünya həyatının dolanışığıdır. Axirət isə Rəbbinin yanında müttəqilərə məxsusdur.
Kerbelayi Malik ağa:
Bər-bəzəklər (ləl-cəvahiratlar verərdik). Bunların hamısı yalnız dünya həyatının malıdır. Axirət isə Rəbbinin dərgahındadır təqva sahiblərinindir.
Ələsgər Musayev:
bəzəklərini. Külli bunlar, ancaq mətahıdır dünya həyatının axirət isə yanındadır Rəbbinin, müttəqilər üçün.
A.Mehdiyev və D.Cəfərli:
Həmçinin (evləri üçün) qızıl zinət bəzəklər (verərdik). Lakin bunların hamısı (fani) dünya həyatından (azacıq) bəhrələnməkdən başqa bir şey deyildir. Rəbbinin yanında olan axirət təqvalılara məxsusdur.
Kövsər Tağıyev:
qızıla bəzəyərdik. Bütün bunlar sadəcə dünya həyatının mənfəətidir. Rəbbinin qatında axirət isə Ona qarşı gəlməkdən çəkinənlərindir.
M.Qənioğlu və T.Bilaloğlu:
Eləcə bər-bəzəkli edərdik. Bütün bunlar bu dünya həyatının ötəri ləzzətidir. Axirət isə sənin Rəbbinin dərgahında müttəqilər üçündür!
Sabirə Dünyamalıyeva:
onların evləri üçün qapılar, üstünə söykəndikləri taxtlar qızıldan bəzək əşyaları düzəldərdik. Bunların hamısı bəsit dünya həyatının qazancından başqa bir şey deyil. Axirət isə sənin Rəbbinin yanında, ancaq Allahın mühafizəsi altına daxil olan kəslər üçündür.