Əlixan Musayev:
Bu ona görədir ki, siz Allahın ayələrini məsxərəyə qoyurdunuz və dünya həyatı sizi aldatmışdı”. Bu gün onlar oradan çıxarılmayacaq və onlardan tövbə etmələri tələb olunmayacaqdır.
Bünyadov-Məmmədəliyev:
Bu (əzab) ona görədir ki, siz Allahın ayələrini lağa qoyurdunuz; dünya həyatı sizi aldatmışdı!” Bu gün onlar (Cəhənnəmdən) çıxarılmayacaq və onlardan (Allahı razı salan) heç bir üzrxahlıq (tövbə də) qəbul olunmaycaqdır!
Elmir Quliyev
:
Это вам — за то, что вы насмехались над знамениями Аллаха и обольстились мирской жизнью. Сегодня они не выйдут оттуда, и от них не потребуют покаяния".
Ələddin Sultanov:
Bu ona görədir ki, siz Allahın ayələrini ələ salırdınız və dünya həyatı sizi aldatmışdı”. Bu gün onlar oradan çıxarılmayacaqlar və onlardan Allahın rizasını qazanmaları da tələb olunmayacaqdır.
Kerbelayi Malik ağa:
Bu Allahın ayələri ilə istehza etməyiniz səbəbi ilədir. Dünya həyatı sizi aldatdı. Elə isə o gün oradan çıxarılmazlar. Onlardan heç bir üzrxahlıq qəbul edilməz.
Ələsgər Musayev:
Bu, sizə ondan ötrüdür ki, siz
tutdunuz ayətlərini Allahın əyləncəyə və qürurlu etdi sizi
dünya həyatı!» O gün xaric olunmayacaqlar ondan və onların
qayıdışları qəbul olunmayacaq.
A.Mehdiyev və D.Cəfərli:
Bunun (bu əzabların) səbəbi sizin Allahın ayələrinə məsxərə etməyiniz və dünya həyatının sizi aldatmasıdır. Odur ki, bu gün onlar Cəhənnəmdən çıxarılmayacaq, üzrxahlığa çağırılmayacaq və onlardan Allahın razılığını əldə etmələri istənilməyəcək.
Kövsər Tağıyev:
“Bunun səbəbi Allahın ayələrini lağa qoymağınız və dünya həyatının sizi aldatmasıdır”. Artıq bu gün atəşdən çıxarılmaz və Allahın razılığını qazandıracaq əməllər işləməklə bağlı istəkləri qəbul edilməz.
M.Qənioğlu və T.Bilaloğlu:
Bu ona görədir ki, siz Allahın ayələrini məsxərəyə qoydunuz və dünya həyatı sizi şirnikdirib aldatdı." Bu gün onlar oradan çıxarılmazlar və onlardan üzrxahlıq da qəbul olunmaz.
Sabirə Dünyamalıyeva:
Bax bunlar, sizin Allahın ayələrini məsxərəyə qoymağınız və bəsit dünya həyatının sizi aldatması səbəbiylədir." Artıq bu gün onlar atəşdən çıxarılmaz və üzr diləmələri də qəbul edilməz/Allahın razılığını əldə etmələri də istənilməz.