Əlixan Musayev:
Siz də (cihadda) zəiflik göstərməyin və üstün olduğunuz halda (kafirləri) sülhə çağırmayın! Allah sizinlədir. O sizin əməllərinizi əsla əskiltməz.
Bünyadov-Məmmədəliyev:
Buna görə də (cihada) zəiflik göstərməyin və (kafirlərə) üstün (qalib) gəldiyiniz zaman (onları) sülhə dəvət etməyin. Allah sizinlədir. O sizin əməllərinizi boş (mükafatsız) buraxmaz!
Elmir Quliyev
:
Не проявляйте слабости и не призывайте к миру, поскольку вы — выше остальных. Аллах — с вами и не умалит ваших деяний.
Ələddin Sultanov:
Ona görə də (döyüşdə) zəiflik göstərməyin və siz üstün vəziyyətdə ikən (onları) sülhə çağırmayın! Allah sizinlə bərabərdir. O sizin əməllərinizi əsla əskiltməyəcəkdir.
Kerbelayi Malik ağa:
Siz üstün olduğunuza görə zəiflik göstərməyin və (onları) sülhə dəvət etməyin. Allah sizinlə bərabərdir. Sizin əməllərinizi əsla əskiltməz.
Ələsgər Musayev:
Süstləşməyin və
çağırın tərəfinə təslim olmağın, bir halda ki, ucadasınız. Allah
sizinlədir və O sizin əməllərinizi zəiflətməz.
A.Mehdiyev və D.Cəfərli:
Buna görə də üstün olduğunuz, Allah sizinlə birgə olduğu və sizin əməllərinizi heç vaxt mükafatsız qoymayacağı bir halda zəiflik və süstlük göstərməyin və (düşməni) barışığa dəvət etməyin.
Kövsər Tağıyev:
Əsla zəiflik göstərməyin. Üstün olduğunuz halda sülhə çağırmayın. Allah sizinlədir. Sizin əməllərinizi əsla əskiltməyəcək.
M.Qənioğlu və T.Bilaloğlu:
Siz (döyüşdə) üstün olduğunuz halda zəiflik göstərib barışığa çağırmayın! Axı Allah sizinlədir və O, sizin əməllərinizin (mükafatını) əsla əskiltməz.
Sabirə Dünyamalıyeva:
Elə isə süstlük göstərməyin və siz üstün olduğunuz halda sülhə dəvət etməyin. Allah da sizinlədir. Və Allah, sizin əməllərinizi [əməllərinizin mükafatını] qətiyyən əskiltməyəcək.