Əlixan Musayev:
Ey iman gətirənlər! Allahdan qorxun, Ona (yaxınlaşmaq üçün) vasitə axtarın və Onun yolunda cihad edin ki, bəlkə nicat tapasınız.
Bünyadov-Məmmədəliyev:
Ey iman gətirənlər! Allahdan qorxun, Ona (Onun rəhmətinə və lütfünə qovuşmaq üçün) vəsilə (yol) axtarın. (Allah) yolunda cihad edin ki, nicat tapasınız!
Elmir Quliyev
:
О те, которые уверовали! Бойтесь Аллаха, ищите близости к Нему и сражайтесь на Его пути, — быть может, вы преуспеете.
Ələddin Sultanov:
Ey iman gətirənlər! Allahdan qorxun, ona (yaxınlaşmaq üçün) vəsilə (vasitə) axtarın və Onun yolunda cihad edin ki, bəlkə nicat tapasınız. (Yuxarıdakı ayədə görüldüyü kimi, qulu Allaha yaxınlaşdıran vasitələrdən biri də cihaddır. Bundan başqa Allah rizası üçün edilən hər bir ibadət də Allaha yaxınlaşdıran vasitələrdir.)
Kerbelayi Malik ağa:
Ey amənu olanlar (Allaha təslim olmağı diləyənlər), Allaha qarşı təqva sahibi olun və Ona hidayət edəcək vəsiləni istəyin. Onun yolunda cihad edin. Ümid edilər ki, beləcə siz fəlaha çatarsınız.
Ələsgər Musayev:
Ay o kəslər ki, inanırsınız! Qorxun
Allahdan və tələb edin vəsilətə Ona tərəf və çalışın yolunda
Onun, ola ki, nicat tapasınız!
A.Mehdiyev və D.Cəfərli:
Ey iman gətirənlər, Allahdan qorxun, Ona (yaxınlaşmaq üçün dərgahına yaxın olanlardan və saleh əməllərdən Ona) tərəf vasitə axtarın və Onun yolunda cihad edin, bəlkə nicat tapdınız.
Kövsər Tağıyev:
Ey iman edənlər! Allaha qarşı gəlməkdən çəkinin. Ona yaxınlaşmağa vəsilə axtarın və Onun yolunda cihad edin ki, nicat tapasınız.
M.Qənioğlu və T.Bilaloğlu:
Еу iman gətirənlər! Allahdan qorxun, Ona yaxınlaşmağa yol axtarın və Onun yolunda mübarizə aparın ki, bəlkə uğur qazanasınız.
Sabirə Dünyamalıyeva:
Ey iman etmiş kəslər! Xilas olmaq, zəfər qazanmaq üçün Allahın mühafizəsi altına daxil olun, Ona yaxınlaşdıracaq/qovuşduracaq şeyləri axtarın və Onun yolunda səy göstərin.