Nəcm Surəsi 35. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Məgər o, qeybi bilirmi ki, (bunu) görsün?
Bünyadov-Məmmədəliyev:
Məgər o, qeybi bilirmi ki, (öz dostunun əzabına yüklənə biləcəyini) görsün?! (Müşriklərdən Vəlid ibn Müğirə islama meyl göstərmişdi. Bunu eşidən digər bir müşrik onu babalarının dinindən üz döndərməkdə ittiham edərək möhkəm danlamış demişdi ki, əgər Müğirə ona müəyyən məbləğ pul, mal versə islamı atıb öz dininə qayıtsa, o, axirətdə Müğirənin əzabını öz üzərinə götürəcəkdir. Müğirə islamdan üz döndərmiş, lakin xəsislik göstərib həmin şəxsə vəd etdiyi məbləğin hamısını deyil, bir qismini vermişdi).
Elmir Quliyev :
Разве он обладает таким знанием о сокровенном, что он видит его?
Ələddin Sultanov:
Məgər onun əlində qeybə dair məlumatlarmı var ki, görsün?!
Kerbelayi Malik ağa:
Qeyb elmini bilirmi? Beləcə omu görür?
Ələsgər Musayev:
Ə, onun yanında qeybdən elm var o görür?
A.Mehdiyev və D.Cəfərli:
Məgər o, qeybi bilir (qəlb gözü ilə gələcəyi –malını Allah yolunda verəcəyi təqdirdə yoxsullaşacağını) görür?!
Kövsər Tağıyev:
Məgər qeybin elmi onun yanındadır, gerçəyi görür?
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər o, qeybi bilir ki, (onda onları) görsün?
Sabirə Dünyamalıyeva:
Keçmiş gələcək haqqında məlumatlar onun yanındadırmı ki, o da onları görsün?