Qəmər Surəsi 35. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Özümüzdən bir mərhəmət olaraq! Biz şükür edənləri belə mükafatlandırırıq.
Bünyadov-Məmmədəliyev:
Dərgahımızdan bir lütf olaraq! Biz (nemətimizə) şükür edəni belə mükafatlandırırıq!
Elmir Quliyev :
по милости от Нас. Так Мы воздаем тем, кто благодарен.
Ələddin Sultanov:
Tərəfimizdən bir nemət olaraq! Biz şükür edəni belə mükafatlandırırıq.
Kerbelayi Malik ağa:
Dərgahımızdan bir nemət olaraq, şükür edən kimsəni Biz belə mükafatlandırarıq.
Ələsgər Musayev:
nemət yanımızdan. Belə mükafatlandırırıq kim ki, şükr edəndir!
A.Mehdiyev və D.Cəfərli:
(Həmin nicatın) Bizim tərəfimizdən (onlara) bir nemət olması üçün! Biz şükr edən hər bir kəsə belə nicat veririk.
Kövsər Tağıyev:
Qatımızdan bir nemət olaraq səhər vaxtı onları xilas etdik. Şükür edənləri bax belə mükafatlandırırıq.
M.Qənioğlu və T.Bilaloğlu:
Bizdən olan bir mərhəmətlə. Şükr edənə Biz belə mükafat veririk!
Sabirə Dünyamalıyeva:
Onları, dərgahımızın bir neməti olaraq, səhər vaxtı xilas etdik; Biz, verilən nemətlərin əvəzini ödəyən kəsi beləcə mükafatlandırarıq.