Tövbə Surəsi 35. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O gün bu (yığdıqları sərvətlər) Cəhənnəm odunda qızdırılacaq bununla onların alınlarına, böyürlərinə kürəklərinə damğa vurulacaq (onlara:) “Budur özünüz üçün yığdıqlarınız. Elə isə dadın yığdıqlarınızı!”(– deyiləcəkdir.)
Bünyadov-Məmmədəliyev:
O gün (qiyamət günü) yığdıqları qızıl-gümüş cəhənnəm atəşində qızdırılıb alınlarına, böyürlərinə kürəklərinə dağ basılacaq (və onlara): “Bu sizin özünüz üçün yığıb saxladığınız mallardır. Yığdığınız mal-dövlətin (əzabını, acısını) dadın!” - (deyiləcəkdir!)
Elmir Quliyev :
В тот день они (накопленные ими сокровища) будут раскалены в огне Геенны, и ими будут заклеймены их лбы, бока и спины. Им будет сказано: "Вот то, что вы копили для себя. Вкусите же то, что вы копили!"
Ələddin Sultanov:
(Bu qızıl gümüşlər) cəhənnəm odunda qızdırılıb bunlarla alınları, böyürləri belləri dağlanacağı gün (onlara belə deyilər:) “Bu, özünüz üçün yığdığınız şeylərdir. Ona görə yığdıqlarınızı (yığdıqlarınıza görə verilən əzabı) dadın!”
Kerbelayi Malik ağa:
Cəhənnəm atəşində üzərlərində (dəmir) qızdırıldığı gün beləcə onunla onların alınlarına, böyürlərinə, kürəklərinə dağ basılacaq. Bu, özünüz (nəfsiniz) üçün yığdığınız şeylərdir. Beləliklə yığmış olduğunuz şeyləri dadın!
Ələsgər Musayev:
o gün ki, cəhənnəm odunda qızdırılıb alınlarına böyürlərinə kürəklərinə dağ basılacaq! Budur, ki, özünüz üçün cəm edirdiniz dadın ki, cəm etdiniz!
A.Mehdiyev və D.Cəfərli:
O gün ki, onlar (həmin qızıl-gümüş) Cəhənnəm odunda qızardılacaq onlarla həmin şəxslərin alınlarına, böyürlərinə kürəklərinə dağ basılacaq (onlara): «Bu, özünüz üçün yığdığınız həmin xəzinələrdir, odur ki, dadın yığdıqlarınızın cəzasını!» (deyiləcəkdir).
Kövsər Tağıyev:
O gün bunlar cəhənnəm atəşində qızdırılacaq, onların alınları, böyürləri kürəkləri bunlarla dağlanacaq və: “Bu, özünüz üçün yığıb saxladığınız şeylərdir. İndi yığıb saxladıqlarınızı dadın görək!” deyiləcək.
M.Qənioğlu və T.Bilaloğlu:
O günü cəhənnəm odu içərisində bunlar [qızıl-gümüş] qızdırılacaq bununla onların alınlarına, böyürlərinə kürəklərinə damğa vurularaq: "Özünüz üçün yığdıqlarınız məhz budur! Di, dadın topladıqlarınızdan!" - deyiləcəkdir.
Sabirə Dünyamalıyeva:
O gün, topladıqları qızıl gümüşlərin üstü cəhənnəm atəşində qızdırılacaq onlarla alınlarına, böyürlərinə kürəklərinə dağ basılacaq: "Bax bu öz canınız üçün saxlayıb yığdığınız şeydir. Haydı, indi dadın bu yığdığınız şeyləri!"