Yunus Surəsi 36. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onların əksəriyyəti ancaq zənnə qapılır. Şübhəsiz ki, zənn həqiqəti heç cür əvəz edə bilməz. Allah onların etdiklərini bilir.
Bünyadov-Məmmədəliyev:
Onların əksəriyyəti ancaq zənnə uyar, zənn isə əsla həqiqət ola bilməz. Allah nələr etməkdə olduğunuzu biləndir!
Elmir Quliyev :
Большинство их следует своим предположениям, но ведь предположения никак не могут заменить истину. Воистину, Аллаху известно о том, что они совершают.
Ələddin Sultanov:
Onların çoxu ancaq zənnin ardınca gedir. Şübhəsiz ki, zənn əsla həqiqətin yerini tuta bilməz. Həqiqətən, Allah etdiyiniz əməlləri bilir.
Kerbelayi Malik ağa:
Onların çoxu zənndən başqa bir şeyə tabe olmaz. Şübhəsiz zənn haqqı əsla əvəz edə bilməz. Şübhəsiz ki, Allah onların etdiklərini biləndir.
Ələsgər Musayev:
Onların əksəriyyəti, ancaq zənnə tabe olurlar. Həqiqətən, zənn isə haqdan ehtiyacsız etməz şeynən həqiqətən, Allah Alimdir ilə ki, fəaliyyətlidirlər!
A.Mehdiyev və D.Cəfərli:
Onların çoxu (əqidə etiqadlarında) yalnız zənnə gümana tabe olurlar, halbuki, şübhəsiz (zənn və) güman heç bir haqqın yerini tutmur. Həqiqətən Allah onların etdiklərini biləndir.
Kövsər Tağıyev:
Onların çoxu ancaq zənnə uyur. Halbuki zənn haqqın yerini tutmaz. Şübhəsiz, Allah onların etdiklərini haqqı ilə biləndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Onların çoxu yalnız zənnə uyurlar. Zənn isə heç nədə haqqı əvəz edə bilməz. Həqiqətən, Allah onların etdiklərini daha yaxşı bilir!
Sabirə Dünyamalıyeva:
onların əksəriyyəti ancaq bir zənnə uyar. Şübhəsiz ki, zənn "haqq"dan heç bir şey qazandırmaz. Şübhəsiz ki, Allah onların etdiklərini çox yaxşı bilir.