Əlixan Musayev:
Onunla birlikdə iki gənc də zindana salındı. Onlardan biri dedi: “Mən (yuxuda) gördüm ki, (üzümdən) şərab sıxıram”. Digəri isə belə dedi: “Mən gördüm ki, başımın üstündə çörək aparıram, quşlar da ondan (dimdikləyib) yeyir. Bunun yozumunu bizə bildir. Həqiqətən, Biz səni yaxşı adam hesab edirik”.
Bünyadov-Məmmədəliyev:
Onunla birlikdə iki cavan oğlan da (padşahı zəhərləməyə cəhd göstərməkdə ittiham edilmiş şah sarayının saqisi və aşpazı) zindana atıldı. (Gənclər Yusifin çox gözəl yuxu yozduğunu bildikdən sonra) onlardan biri (şərab paylayan) dedi: “Mən (yuxuda) gördüm ki, şərab (üçün üzüm) sıxıram”. Digəri (aşpaz) isə belə dedi: “Mən gördüm ki, başımın üstündə çörək aparıram, quşlar da ondan yeyir. Gəl bu yuxunu bizə yoz. Biz, həqiqətən, sənin yaxşı adamlardan olduğunu görürük!”
Elmir Quliyev
:
Вместе с ним в темницу попали двое юношей. Один из них сказал: "Я видел, что выжимаю виноград". Другой сказал: "Я видел, что несу на голове хлеб, который клюют птицы. Поведай нам толкование этого, ибо мы считаем тебя одним из праведников".
Ələddin Sultanov:
Onunla birlikdə iki gənc də zindana girdi. Onlardan biri: “Mən (yuxuda) şərab sıxdığımı gördüm”, - dedi. Digəri isə: “Mən başımın üstündə bir çörək apardığımı gördüm. Quşlar da o çörəkdən yeyirdilər. Bunun yozumunu bizə xəbər ver! Həqiqətən, biz sənin xeyirxahlardan olduğunu görürük”, - dedi.
Kerbelayi Malik ağa:
Onunla birlikdə iki gənc kişi də zindana salındı. İkisindən biri belə dedi: ‘Mən özümü yuxumda üzüm sıxarkən görürəm.’ Digəri də belə dedi: ‘Mən də özümü başımın üstündə çörək daşıyarkən görürəm. Quşlar ondan yeyirlər. Bizə onun təvilini (yozumunu) xəbər ver (anlat). Şübhəsiz ki, biz səni muhsinlərdən görürük.’
Ələsgər Musayev:
Iki gənc oğlan da onunla zindana daxil oldu.
Onlardan biri dedi: «Mən gördüm ki, şərab sıxıram». Və o
birisi dedi: «Mən gördüm ki, başım üstə çörək aparıram və
quşlar da ondan yeyirlər. Xəbər ver bizə onların təvilindən.
Həqiqətən, səni yaxşılardan görürük».
A.Mehdiyev və D.Cəfərli:
Yusufla birgə zindana (şahın) iki qul(u) da daxil oldu. Onlardan biri dedi: «Mən (yuxuda,) özümün (şərab düzəltmək üçün) üzüm sıxdığımı görürdüm.» Və o birisi dedi: «Mən (yuxuda) gördüm ki, başımın üstündə çörək aparıram və quşlar ondan yeyirlər. Bizə bunların (yuxuların) yozumundan xəbər ver. Həqiqətən biz səni yaxşılıq edənlərdən görürük.»
Kövsər Tağıyev:
Onunla birlikdə zindana iki cavan oğlan da girdi. Onlardan biri: “Mən yuxuda şərab üçün üzüm sıxdığımı gördüm”, – dedi. Digəri: “Mən də yuxuda gördüm ki, başımın üstündə quşların yediyi bir çörək aparıram. Bizə bunun yozumunu xəbər ver. Şübhəsiz, bizə görə sən əməli-salehlərdənsən”, – dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Onunla birlikdə zindana iki gənc də girdi. Onlardan biri dedi: "Yuxuda görürəm ki, şərab sıxıram". O biri isə dedi: "Mən isə yuxuda görürəm ki, başım üzərində çörək aparıram və quşlar ondan yeyirlər. Bunların yozumunu bizə bildir. Görürük ki, sən yaxşı iş görənlərdənsən!"
Sabirə Dünyamalıyeva:
Və zindana onunla birgə iki cavan da girdi. Onlardan biri: "Həqiqətən, mən gördüm ki, şərab sıxıram." dedi. O biri də: "Həqiqətən, mən gördüm ki, başımın üstündə çörək aparıram, quşlar da ondan yeyir. Bizə bunun yozumunu xəbər ver. Şübhəsiz ki, biz səni yaxşılıq/gözəllik edənlərdən [biri kimi] görürük." dedi.