Əlixan Musayev:
Kitab verdiyimiz kəslər sənə nazil edilənə sevinirlər. Firqələr arasında eləsi də vardır ki, onun bir qismini inkar edirlər. De: “Mənə Allaha ibadət etmək və Ona şərik qoşmamaq əmr edilmişdir. Mən (sizi) yalnız Ona (ibadət etməyə) çağırıram və qayıdışım da yalnız Onadır!”
Bünyadov-Məmmədəliyev:
Kitab verdiklərimiz (kitab əhlinin sənə iman gətirənləri) sənə nazil etdiyimizə (Qurana) sevinirlər. (Yəhudilərdən və xaçpərəstlərdən sənə qarşı ədavət bəsləyən) elə firqələr də vardır ki, onun (Quranın) bir qismini inkar edirlər. (Ya Rəsulum!) De: “Mənə Allaha ibadət etmək, Ona şərik qoşmamaq əmr olunmuşdur. Mən (insanları yalnız) Ona (ibadət etməyə) dəvət edirəm və mənim axır dönüşüm də yalnız Onadır!” (Məhz Onun hüzuruna qayıdacağam!)
Elmir Quliyev
:
Те, кому Мы даровали Писание, радуются тому, что ниспослано тебе. Но среди союзников (иудеев и язычников) есть такие, которые отвергают часть этого. Скажи: "Мне велено лишь поклоняться Аллаху и не приобщать к Нему сотоварищей. К Нему я призываю, и к Нему предстоит возвращение".
Ələddin Sultanov:
Kitab verdiyimiz kimsələr, sənə nazil etdiyimizə (Qurana) görə sevinirlər. Ancaq (sənin əleyhinə olan) dəstələrdən bəziləri onun bir qismini inkar edirlər. De: “Mənə ancaq Allaha ibadət etməyim və Ona şərik qoşmamağım əmr olunmuşdur. Mən Ona dəvət edirəm və axır dönüşüm də Onadır!”
Kerbelayi Malik ağa:
Kitab verdiyimiz kimsələr sənə nazil olana sevinərlər. Qruplardan onun bir qismini inkar edənlərə belə de: ‘Mən yalnız Allaha qul olmaqla və Ona şirk qoşmamaqla əmr olundum. Mən Ona dəvət edirəm və dönüşüm Onadır (məabım, sığınacağım, dönüş yerim Odur).’
Ələsgər Musayev:
O kəslər ki, əta etmişik onlara kitab, fərəhlənirlər nə ilə ki, sənə nazil olur və dəstələrdən var ki, onun bəzisini inkar edir. De: «Həqiqətən, mənə əmr olunub ki, ibadət edəm Allaha və Ona şərik qoşmayam. Mən Ona tərəf çağırıram və Ona tərəfdir qayıdışım!»
A.Mehdiyev və D.Cəfərli:
(Səma) kitab(ı) verdiyimiz kəslər (İslamı təsdiq edən yəhudilər və xristianlar) sənə nazil olana sevinirlər. Və (kitab əhlindən olan) dəstələrdən bəziləri onun bəzi yerlərini (özlərinin üç üqnuma, cismiləşdirmə və təhrif kimi batil əqidələri ilə müxalif olan yerlərini) inkar edirlər. De: «Həqiqətən mənə Allaha ibadət etməyim və Ona (üluhiyyətdə, rübubiyyətdə, yaradılışda və ibadətdə) bir şərik qoşmamağım əmr olunmuşdur. Yalnız Ona tərəf çağırıram və dönüşüm də yalnız Ona tərəfdir».
Kövsər Tağıyev:
Kitab verdiyimiz kimsələr sənə endirilən Qur`an ilə sevinirlər. Lakin (sənin əleyhinə olan) firqələrdən elələri də var ki, onun bir qismini inkar edirlər. De ki: “Mənə yalnız Allaha ibadət etmək və Ona şərik qoşmamaq əmr olundu. Mən yalnız Ona dəvət edirəm və dönüşüm də yalnız Onadır”.
M.Qənioğlu və T.Bilaloğlu:
Özlərinə Kitab bəxş etdiyimiz kəslər sənə nazil edilənə [Qurana] sevinirlər. Firqələşənlərdən [həzrəti peyğəmbər əleyhinə qruplaşanlardan] eləsi də var ki, bunun [Quranın] bir qismini inkar edirlər. De: "Mənə buyurulmuşdur ki, Allaha ibadət edəm və Ona şərik qoşmayam. Mən Ona dəvət edirəm, Qayıdışım da yalnız Onadır.
Sabirə Dünyamalıyeva:
Və Kitab verdiyimiz kəslər sənə nazil olana sevinirlər. Əleyhdar qrup əmələ gətirənlərdən elə kəslər də var ki, onların bir qismini tanınmaz hala salırlar. De ki: "Mənə, ancaq Allaha bəndəlik etmək və Ona şərik qəbul etməmək əmr olundu. Mən yalnız Ona dəvət edirəm, dönüşüm də yalnız Onadır."