Əlixan Musayev:
Ey Rəbbim! Həqiqətən də, onlar çox adamı azdırıblar. Kim mənə tabe olsa, o, məndəndir. Kim də mənə asi olsa, (bilsin ki,) Sən Bağışlayansan, Rəhmlisən.
Bünyadov-Məmmədəliyev:
Ey Rəbbim! Onlar (bütlər), həqiqətən, çox insanı (haqq yoldan) azdırıblar. İndi kim arxamca gəlsə, o, şübhəsiz ki, məndəndir. Kim mənə qarşı çıxsa, (bilsin ki, tövbə edəcəyi təqdirdə) Sən (günahları) bağışlayansan, (bəndələrinə) rəhm edənsən!
Elmir Quliyev
:
Господи! Воистину, они ввели в заблуждение многих людей. Тот, кто последует за мной, относится ко мне. А если кто ослушается меня, то ведь Ты — Прощающий, Милосердный.
Ələddin Sultanov:
Ey Rəbbim! Həqiqətən, (bütlər) insanlardan bir çoxunu azdırdı. Ona görə də kim mənə tabe olarsa, şübhəsiz ki, o məndəndir. Kim mənə qarşı çıxarsa, əlbəttə, Sən bağışlayansan, rəhmlisən! (Əvvəllər İbrahim peyğəmbər bütpərəstlərin Allah tərəfindən bağışlanmayacaqlarını bilmədiyi üçün onların bağışlanmalarını arzulamışdı. Onların Allah tərəfindən əfv edilməyəcəyini bildikdən sonra isə artıq onlar üçün dua etmədi.)
Kerbelayi Malik ağa:
Rəbbim həqiqətən onlar (bütlər) insanların çoxunu dəlalətə düşürdülər. Artıq kim mənə tabe olsa, bu səbəblə o mütləq məndəndir və kim mənə asi olsa, o zaman şübhəsiz ki, Sən Ğafursan, Rəhimsən.
Ələsgər Musayev:
Rəbbim! Həqiqətən, onlar
insanlardan əksəriyyətini zəlalətə saldılar. Kim mənə tabe oldu,
o, məndəndir və kim mənə asi oldu, həqiqətən, Sən Ğəfursan,
Rəhimsən!
A.Mehdiyev və D.Cəfərli:
«Ey Rəbbim, o bütlər insanların çoxunu azdırmışlar (onların azmalarına səbəb olmuşlar). Odur ki, kim mənə tabe olsa, o məndəndir və kim mənə itaətsizlik etsə, həqiqətən Sən çox bağışlayan və mehribansan.»
Kövsər Tağıyev:
“Rəbbim! Çünki o bütlər insanlardan bir çoxunu sapdırdılar. Artıq kim mənə tabe olsa, məndəndir. Kim də mənə qarşı gəlsə, şübhəsiz ki, sən çox bağışlayan, çox mərhəmət edənsən”.
M.Qənioğlu və T.Bilaloğlu:
Rəbbim, axı onlar [bütlər] çox adamları yoldan çıxarıblar. Kim mənim ardımca gəlirsə, o, məndəndir və kim mənə qulaq asmırsa, axı Sən bağışlayansan, rəhmlisən.
Sabirə Dünyamalıyeva:
Ey Rəbbim! Şübhəsiz ki, bütlər insanların bir çoxunu yoldan çıxartdılar. İndi kim arxamca gəlsə, artıq o, şübhəsiz ki, məndəndir; kim mənə qarşı gəlirsə... Artıq, Sən, şübhəsiz ki, çox bağışlayan və çox rəhm edənsən.