Əlixan Musayev:
Kafirlər səni gördükləri zaman sənə ancaq istehza edərək (bir-birinə:) “Sizin tanrılarınıza tənə vuran budurmu?”– deyirlər. Məhz onlar ər-Rəhmanın öyüd-nəsihətini inkar edirlər.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Kafir olanlar səni gördükləri zaman ancaq məsxərəyə qoyaraq (bir-birinə): “Sizin tanrılarınıza tənə edən bumudur?” – deyərlər. Halbuki onlar, məhz onlar Rəhmanın öyüd-nəsihətini (Quranı) inkar edirlər.
Elmir Quliyev
:
Когда неверующие видят тебя, они лишь насмехаются над тобой и говорят: "Не тот ли это, кто плохо отзывается о ваших богах?" Но сами они не веруют в поминание Милостивого.
Ələddin Sultanov:
(Ey Peyğəmbər!) Kafirlər səni gördükləri zaman məsxərəyə qoyaraq (belə deyərlər:) “Sizin ilahlarınıza dil uzadan budurmu?” Halbuki Rəhmanın Kitabını inkar edənlər onların özləridir.
Kerbelayi Malik ağa:
Kafirlər səni gördükləri zaman: ‘Sizin ilahlarınızı zikr edən bumu?’ deyərək səni lağa qoyarlar. Onlar Rəhmanın Zikrini (Kitabını) inkar edənlərdir.
Ələsgər Musayev:
Onda ki, görürlər səni o kəslər ki, kafirdirlər, səni ancaq
ələ salarlar: «Ə, bu o kəsdir ki, pisliklə yad edir ilahilərinizi?»
və onlar özləri yad edilməyinə Rəhmanın kafirdirlər.
A.Mehdiyev və D.Cəfərli:
Kafirlər səni görəndə ancaq məsxərə edir (və deyir)lər: «Sizin tanrılarınızı (tənə ilə) yad edən kəs budur?!» Halbuki onlar Rəhman olan Allahın zikrinə (Onun tovhid və kitabına) kafirdirlər (və bu işdən qorxub çəkinmirlər).
Kövsər Tağıyev:
İnkar edənlər səni gördükləri zaman ancaq məsxərəyə qoyarlar. “Budurmu sizin ilahlarınızı dilinə dolayan?” – deyərlər. Halbuki özləri Rəhmanın kitabını inkar edirlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Kafirlər səni gördükdə sənə istehza ilə işarə edərək (bir- birlərinə) deyərlər: "Sizin tanrılarınızı (tənə ilə) xatırlayan budurmu?" Onlar mərhəmətli Allahın xəbərdarlığını, öyüd-nəsihətini qəbul etmirlər.
Sabirə Dünyamalıyeva:
Və kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslər], səni gördükləri zaman, yalnız, səni məsxərəyə qoyurlar; "Məbudlarınızı ele hey yad edən budurmu?" Halbuki Rəhmanın [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allahın] xatırlanmasını, öyüdünü, Kitabı, Quranı bilə-bilən inkar edənlər məhz özləridir.