Həcc Surəsi 36. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz qurbanlıq dəvələri sizin üçün Allahın (dininin) ayinlərindən etdik. Onlarda sizin üçün xeyir vardır. (Onları) səf-səf düzülmüş halda (kəsərkən) Allahın adını çəkin. Böyrü üstə yıxıldıqları zaman onlardan özünüz yeyin, aza qane olan kasıba dilənçiyə yedirdin. Beləcə, onları (qurbanlıq heyvanları) sizə tabe etdik ki, bəlkə şükür edəsiniz.
Bünyadov-Məmmədəliyev:
Biz qurbanlıq dəvələri Allahın nişanələrindən (Onun haqq dininin əlamətlərindən) etdik. Sizin üçün bu qurbanlarda (dini dünyəvi) xeyir vardır. Artıq onları ayaq üstə durduqları (sol əli bağlı, sağ əli iki ayağı açıq vəziyyətdə olduqları) halda kəsərkən üstlərində Allahın adını çəkin (bismillah deyin). Onlar böyrü üstə düşən (canları çıxdığı) zaman (ətindən) özünüz yeyin, (yanınızda olub utandığından) əl açmayana (lakin verilənə etiraz etməyənə) dilənçiyə yedirdin. Onları (qurbanlıq heyvanları) sizə belə ram etdik ki, bəlkə, (nemətimizə) şükr edəsiniz!
Elmir Quliyev :
Жертвенных верблюдов Мы сделали для вас обрядовыми знамениями Аллаха. Они приносят вам пользу. Произносите же над ними имя Аллаха, когда они стоят рядами. Когда же они падут на свои бока, то ешьте от них и кормите тех, кто довольствуется малым, и тех, кто просит от нищеты. Так Мы подчинили их (верблюдов) вам, быть может, вы будете благодарны.
Ələddin Sultanov:
Sizin üçün (qurbanlıq) dəvələri Allahın nişanələrindən etdik. Onlarda sizin üçün xeyir vardır. Ona görə onlar ayaq üstə ikən üstlərində Allahın adını çəkin (və qurban olaraq kəsin)! Böyrü üstə düşdüyü zaman onlardan həm özünüz yeyin, həm əl açan ya açmayan kasıblara yedirin! Beləcə, şükür edəsiniz deyə onları (o heyvanları) sizin xidmətinizə verdik.
Kerbelayi Malik ağa:
Qurbanlıq dəvə digər heyvanları sizin üçün Allahın şüarlarından (əmrlərindən) etdik. Onda (onların qurban edilməsində) sizin üçün xeyir vardır. Onların (qurbanlıqların) üzərində səf halında durarkən Allahın Adını zikr edin. Böyrü üstə yıxıldıqda (kəsildikdə) artıq ondan yeyin istəyəni istəməyəni yedirin. Beləliklə onu sizə tabe etdik. Ümid edilir ki, beləcə siz şükür edərsiniz.
Ələsgər Musayev:
Sizin üçün dəvə qurbanlığını Allahın şüarından etdik ki, onda sizə xeyir var. Yad edin onun üzərində ismini Allahın ayaq üstə səflərdə olduğu zaman. Onda ki, yanları üstə yıxıldılar, onlardan yeyin təam verin qane olana əl açana. Belə ram etdik onu sizə, ola ki, şükr edəsiniz!
A.Mehdiyev və D.Cəfərli:
Biz kök dəvələri (də həcc mərasimində) sizin üçün Allahın (dininin) əlamətlərindən (rəmzlərindən) etmişik. Onlarda sizin üçün (dünya axirət) xeyir(i) vardır. Buna görə (onları qurban kəsəndə) ayaq üstə dayandıqları halda başları üzərində Allahın adını çəkin (və sonra özünəməxsus qaydada kəsin). Elə ki, yanları yerə dəydi (və onları təmiz kəsib qurtardınız) onlardan yeyin qane yoxsullara uman kasıblara da yedirin. Onları beləcə sizə ram etmişik ki, bəlkə şükr etdiniz.
Kövsər Tağıyev:
Qurbanlıq böyük baş heyvanları da sizin üçün Allahın dininin nişanələri olaraq yaratdıq. Onlarda sizin üçün xeyir var. Onlar sıra-sıra düzülmüşkən (qurban edəcəyiniz zaman) üzərilərinə Allahın adını zikr edin. Yan üstə düşüb canları çıxdığı zaman onlardan siz yeyin, əl açıb istəməyən yoxsula da, istəmək məcburiyyətində qalan yoxsula da yedirin. Şükür edəsiniz deyə onları sizin xidmətinizə verdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz o qurbanlıq (heyvanları) sizin üçün Allahın ayinlərindən etdik. Onlarda sizin üçün xeyir vardır. Səf-səf düzülmüş (qurbanlıq heyvanların) başı üzərində Allahın adını zikr edin. Böyürləri yerə dəyəndən [kəsiləndən] sonra isə onlardan yeyin, aza qane olanı həya ilə istəyəni yedirin. Biz onları sizə belə tabe etdik ki, bəlkə siz şükr edəsiniz.
Sabirə Dünyamalıyeva:
Biz; böyük heyvanları da sizin üçün Allahın varlığının nişanələrindən [biri] etdik. Sizin üçün onlarda xeyr vardır. O səbəblə, ön ayaqlarının biri bağlı halda kəsərkən/cərgə halında [dayandıqları vaxt] üstündə Allahın adını çəkin. Sonra böyürləri yerə söykəndiyi vaxt onlardan yeyin, ehtiyacı [olduğunu deməyib] gizlədənə istəyənə yedirin. Beləcə Biz, onları, sizə verilən nemətlərin əvəzini ödəyəsiniz deyə sizə ram etdik.