Furqan Surəsi 36. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Onlara): “Ayələrimizi yalan sayan bir tayfanın yanına gedin!”- dedik. Sonra Biz o tayfanı yerli-dibli yox etdik.
Bünyadov-Məmmədəliyev:
(onlara) dedik: “Ayələrimizi yalan hesab etmiş bir tayfanın (Firon əhlinin) yanına gedin!” Sonra Biz onları (suda batırmaqla) büsbütün məhv etdik.
Elmir Quliyev :
Мы повелели: "Ступайте вдвоем к народу, который счел ложью Наши знамения". А потом Мы уничтожили его до основания.
Ələddin Sultanov:
Beləcə, (onlara) dedik: “Ayələrimizi yalanlayan qövmün yanına gedin!” Nəhayət, onları tamamilə məhv etdik.
Kerbelayi Malik ağa:
Bundan sonra ‘Ayələrimizi yalanlayan qövmün yanına gedin!’ dedik. Sonra da onları həlak edərək yox etdik.
Ələsgər Musayev:
dedik: «Gedin tərəfinə qoumun o kəslərin ki, yalan sayırlar ayətlərimizlə Bizi» - Biz məhv etdik onları.
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə (onlara) dedik: «Bizim ayə nişanələrimizi təkzib etmiş dəstənin (Firon onun tayfasının) yanına gedin.» (Onlar deyilən yerə getdilər həmin tayfa onları təkzib etdi.) Belə olduqda Biz onları ən ağır üsulla həlak etdik.
Kövsər Tağıyev:
Onlara: “Ayələrimizi təkzib edən qövmə gedin”, dedik. Nəhayət, o qövmü yerlə yeksan etdik.
M.Qənioğlu və T.Bilaloğlu:
dedik: "Ayələrimizi yalan hesab etmiş adamların yanına gedin." Biz onları tamamilə məhv etdik.
Sabirə Dünyamalıyeva:
Sonra da, "Haydı, ayələrimizi təkzib edən o qövmə gedin!" dedik. Sonunda da ayələrimizi təkzib edən o qövmü parçalayıb yox etdik.