Əlixan Musayev:
Ondan azad olduğu zaman demişdi: “Ey Rəbbim! Mənim qızım oldu” – Allah onun nə doğduğunu daha yaxşı bilirdi, – “axı oğlan qız kimi deyildir. Mən onun adını Məryəm qoydum, onu və onun nəslini lənətlənmiş şeytandan (qorunmağı) Sənə həvalə edirəm”.
Bünyadov-Məmmədəliyev:
Onu (bətnindəkini) doğduğu zaman: “Ey Rəbbim! Mən qız doğdum”, - söylədi. Halbuki, Allah onun nə doğduğunu və oğlanın qız kimi olmadığını yaxşı bilirdi. (Hənnə:) “Mən onun adını Məryəm qoydum, onu və onun nəslini məlun (daşqalaq olunmuş) Şeytandan (Şeytanın şərindən) Sənə tapşırıram” (dedi).
Elmir Quliyev
:
Когда она родила ее, то сказала: "Господи! Я родила девочку, — но Аллаху было лучше знать, кого она родила. — А ведь мальчик не подобен девочке. Я назвала ее Марьям (Марией) и прошу Тебя защитить ее и потомство ее от дьявола изгнанного, побиваемого".
Ələddin Sultanov:
Onu (bətnindəki uşağı) dünyaya gətirdiyi zaman dedi: “Ey Rəbbim, mən bir qız uşağı dünyaya gətirdim”. Halbuki, Allah onun nə doğduğunu yaxşı bilirdi. (O dedi:) “Axı, oğlan qız kimi deyil. Mən ona Məryəm adını qoydum. Mən onu və onun nəslini, qovulmuş Şeytandan Sənə sığındırıram!”
Kerbelayi Malik ağa:
Lakin onu doğduğu zaman: ‘Rəbbim, mən onu qız doğdum’ dedi. Allah onun nə doğduğunu çox yaxşı bilirdi. ‘Oğlan qız (uşağı) kimi deyil. Mən onu ‘Məryəm’ deyə adlandırdım. Mən onu və onun nəslini daşlanmış şeytandan Sənə həvalə edirəm (əmanət edirəm)’ dedi.
Ələsgər Musayev:
Və amma elə ki, doğdu
onu, dedi: «Rəbbim! Mən onu qız doğdum!» Allah bilir nə ilə
ki, doğuldu və deyil oğlan qız kimi! «Həqiqətən, mən
adlandırdım onu Məryəm və mən pənah gətirirəm onu Sənə
və zürriyyətini onun, müraciət etmiş şeytandan!»
A.Mehdiyev və D.Cəfərli:
Bel?likl? el? ki, onu dunyaya g?tirdi, dedi: «Ey R?bbim, m?n onu q?z dogdum.» Allah onun n? dogdugunu yaxs? bilirdi v? (onun n?z?rd? tutdugu) o oglan (f?zil?t bax?m?ndan) bu q?z kimi deyil. «V? m?n onun ad?n? M?ry?m qoydum. ?lb?tt?, m?n onu v? onun ovlad?n? qovulmus Seytandan (Seytan?n s?rind?n) S?n? taps?r?ram.»
Kövsər Tağıyev:
Onu doğduğu zaman: “Rəbbim! Onu qız doğdum” – Halbuki Allah onun nə doğduğunu daha yaxşı bilir – “Oğlan qız kimi deyildir. Onun adını Məryəm qoydum. Onu və soyunu qovulmuş şeytandan sənin himayənə tapşırıram”, – dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Doğandan sonra isə o dedi: “Rəbbim! Mən onu qız doğdum." Allah isə onun nə doğduğunu daha yaxşı bilirdi, axı oğlan qız kimi deyildir. (Qadın davam edərək dedi:) "Mən onu Məryəm adlandırdım. Onu və onun nəslini daşqalaq olunmuş [lənətə gəlmiş] şeytandan qorumaq üçün Sənə tapşırıram."
Sabirə Dünyamalıyeva:
Onu dünyaya gətirdikdə: "Ey Rəbbim, şübhəsiz mən, onu qız olaraq doğdum; -Halbuki Allah onun doğduğu şeyi daha yaxşı bilir- oğlan, qız kimi deyil. Və şübhəsiz ki, ona Məryəm adını verdim. Və şübhəsiz ki, mən, onu və onun nəslini şeytani-rəcimdən; qovulmuş/qatil, əsassız söz və düşüncə çıxaran, qaranlığa daş atan şeytandan sənə tapşırıram" dedi.