Əlixan Musayev:
Kafirləri isə Cəhənnəm odu gözləyir. Orada nə öldürülməzlər ki, ölüb canları qurtarsın, nə də bu odun əzabı (onlar üçün) yüngülləşdirilər. Biz hər bir kafiri belə cəzalandırırıq.
Bünyadov-Məmmədəliyev:
Kafir olanları cəhənnəm odu gözləyir. Orada nə onların ölümünə hökm olunar ki, ölüb canlarını qurtarsın, nə də əzabları yüngülləşər. Biz hər bir kafiri belə cəzalandırırıq!
Elmir Quliyev
:
А тем, которые не уверовали, уготован огонь Геенны. С ними не покончат так, чтобы они могли умереть, и их мучения не облегчатся. Так Мы воздаем каждому неверующему.
Ələddin Sultanov:
Kafirlər üçün isə cəhənnəm odu vardır. Nə onların ölmələri üçün hökm verilər, nə də əzabları yüngülləşdirilər. Biz hər bir kafiri bu cür cəzalandırarıq.
Kerbelayi Malik ağa:
Kafir olanlar üçün cəhənnəm atəşi vardır. Nə onların ölümünə hökm olunar ki, ölsünlər və nə də onun əzabı onlardan yüngülləşdirilməz. Biz bütün inkar edənləri belə cəzalandırarıq.
Ələsgər Musayev:
Və o kəslər ki, kafir oldular, onlar üçün
cəhənnəm odu var. Onları orada qəza etməzlər ki, ölsünlər və
xəfif edilməz onlardan onun əzabı. Belə cəzalandırırıq külli
kafirləri!
A.Mehdiyev və D.Cəfərli:
Kafir olanlar üçün Cəhənnəm odu vardır. (Orada) nə onların ölümünə hökm olunar ki, ölsünlər və nə də əzabları yüngülləşdirilər. (Bəli,) Biz hər bir kafir və nankora beləcə cəza verəcəyik.
Kövsər Tağıyev:
İnkar edənlər üçün isə cəhənnəm atəşi var. Öldürülməzlər ki, ölsünlər. Onlardan cəhənnəm əzabı da yüngülləşdirilməz. Biz hər bir nankoru belə cəzalandırırıq.
M.Qənioğlu və T.Bilaloğlu:
Kafirlərə cəhənnəm odu olacaqdır. Orada nə onlara (ölüm) hökmü verilər ki, (ölüb canlan qurtarsın), nə də cəhənnəm odunun əzabı onlar üçün yüngülləşdirilər. Hər bir kafiri Biz belə cəzalandırarıq.
Sabirə Dünyamalıyeva:
Və o kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslər] ki var, cəhənnəm atəşi onlar üçündür. Onların nə ölümünə hökm olunar, nə də onların cəhənnəm atəşi az da yüngülləşər. Biz, hər kafiri [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edəni]; hər həddini aşanı bax belə cəzalandırarıq.