Əlixan Musayev:
Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara, yaxın və uzaq qonum-qonşuya, yol yoldaşına, müsafirə və sahib olduğunuz (kölə və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü öyənləri və lovğalıq edənləri sevmir.
Bünyadov-Məmmədəliyev:
Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın (yoldaş və) dosta, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara), əlinizin altında olana (sahib olduğunuz qul və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri, lovğalıq edənləri sevməz!
Elmir Quliyev
:
Поклоняйтесь Аллаху и не приобщайте к Нему сотоварищей. Делайте добро родителям , родственникам , сиротам, беднякам, соседям из числа ваших родственников и соседям, которые не являются вашими родственниками , находящимся рядом спутникам, странникам и невольникам, которыми овладели ваши десницы. Воистину, Аллах не любит гордецов и бахвалов,
Ələddin Sultanov:
Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Ata-anaya, qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonşuya, yaxın dosta, yolda qalana və əlinizin altındakılara (qul, kəniz, yaxud xidmətçilərə) yaxşılıq edin! Şübhəsiz ki, Allah özündən razı halda lovğalıq edən kimsələri sevməz.
Kerbelayi Malik ağa:
Allaha qul olun. Ona heç bir şeyi ortaq qoşmayın. Ana-ataya, qohuma, yetimlərə, miskinlərə, yaxın qonşuya, uzaq qonşuya, yanınızdakı dostlarınıza, yolda qalmışa və əlinizin altında sahib olduqlarınıza (köləyə, cariyəyə, işçilərə) ehsanla davranın (gözəl davranın, yaxşılıq edin). Şübhəsiz ki, Allah kibirli olan və lovğalıq edən kəsləri sevməz.
Ələsgər Musayev:
Və ibadət edin Allaha və şərik qoşmayın Onunla bir şeyi!
Valideynlərə yaxşılıq edin və yaxınlara və yetimlərə və
miskinlərə və qonşuqda olan yaxınlara və qonşuluqda olan
yadlara və qonşuluqda olan doslarınıza və oğluna yolun və
əlinizdəki malikə! Həqiqətən, Allah sevmir kim olar özünü
bəyənib fəxr edən -
A.Mehdiyev və D.Cəfərli:
Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın, ata-anaya həmçinin qohumlara, yetimlərə, yoxsullara, yaxın qonşulara, uzaq qonşulara, yaxın dostlara (həmkar, məclis yoldaşı, səfər yoldaşı və başqalarına), yolda qalana və sahib olduğunuz qul və kənizlərə layiqli bir yaxşılıq edin. Həqiqətən Allah təkəbbürlü və lovğa şəxsi sevmir.
Kövsər Tağıyev:
Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın. Ata-anaya, qohumlara, yetimlərə, yoxsullara, yaxın qonşuya, uzaq qonşuya, yanınızdakı dosta, yolçuya, əlinizin altındakılara yaxşılıq edin. Şübhəsiz, Allah kibrlənən və qürrələnən kimsələri sevməz.
M.Qənioğlu və T.Bilaloğlu:
Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın. Ata-anaya, qohım əqrəbaya, yetimlərə, yoxsullara, yaxın uzaq qohum-qonşulara, yaxın dost-yolda yolçuya və sahib olduğunuz (kölə və cariyələrə) yaxşılıq edin. Həqiqətən, Allah təkəbbürlü, xudbin kəsləri sevmir,
Sabirə Dünyamalıyeva:
Və Allaha bəndəlik edin və Ona heç bir şeyi şərik qoşmayın. Və anaya-ataya qohum-əqrəbaya, yetimlərə, yoxsullara, qohum olan qonşulara, uzaq qonşulara, yanındakı yoldaşa, yolda qalanlara, qanunlar çərçivəsində himayənizə verilmiş kəslərə[#369] yaxşılıq edin. Şübhəsiz ki, Allah lovğalıq edən və öyünən;