Məhəmməd Surəsi 36. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Həqiqətən, dünya həyatı oyun əyləncədən başqa bir şey deyildir. Əgər iman gətirib (Allahdan) qorxsanız, O sizə mükafatlarınızı verər sizdən mal-dövlətinizi istəməz.
Bünyadov-Məmmədəliyev:
Şübhəsiz ki, dünya həyatı oyun-oyuncaq, əyləncədir. Əgər iman gətirsəniz (pis əməllərdən, günahlardan) çəkinsəniz, O sizə mükafatlarınızı verəcəkdir. O sizdən mal-dövlətinizi (tamamilə Allah yolunda sərf etməyi) istəməz (yalnız zəkat verməyinizi istəyər).
Elmir Quliyev :
Мирская жизнь всего лишь игра и потеха. Если вы уверуете и будете богобоязненны, Он дарует вам вашу награду и не попросит у вас вашего имущества.
Ələddin Sultanov:
Dünya həyatı yalnız oyun əyləncədən ibarətdir. Əgər iman gətirib Allahdan qorxsanız, O sizin mükafatınızı verəcəkdir. O sizdən bütün mal-dövlətinizi istəmir.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, dünya həyatı bir oyun əyləncədir. Əgər amənu olsanız təqva sahibi olsanız sizə mükafatlarınız verilər. Sizdən mallarınızı istəməz.
Ələsgər Musayev:
Həqiqətən, bu dünyanın həyatı oyun əyləncədən ibarətdir. Əgər inanarsınızsa müttəqi olarsınızsa, onda O verər sizə mükafatınızı sizin malınızdan sual etməz.
A.Mehdiyev və D.Cəfərli:
Bu dünya həyatı oyun əyləncədən başqa bir şey deyildir. Əgər iman gətirsəniz təqvalı olsanız, O, sizin (dünya axirət) mükafatlarınızı verəcəkdir (bunun müqabilində) mallarınızı(n hamısını) da istəmir (sizin bəzinizdən xums zəkat olaraq malınızın bir hisəssini beşdə birini, onda birini, qırxda birini bu kimi miqdarı istəyir).
Kövsər Tağıyev:
Şübhəsiz, dünya həyatı sadəcə bir oyun əyləncədir. Əgər iman edər Allaha qarşı gəlməkdən çəkinərsinizsə, O, sizə mükafatınızı verər sizdən mallarınızı (tamamilə xərcləməyinizi) istəməz.
M.Qənioğlu və T.Bilaloğlu:
Bu dünya həyatı oyun əyləncədən başqa bir şey deyildir. Əgər siz iman gətirib Allahdan qorxsanız, O, haqqınızı sizə tam verər mal-dövlətinizi (tam sərf etmənizi) istəməz.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, bu dünyadakı bəsit həyat, ancaq bir oyun-oyuncaq, əyləncədir. Əgər iman etsəniz Allahın mühafizəsi altına daxil olsanız, Allah sizə mükafatlarınızı verər, sizdən mal-dövlətinizi istəməz.