Qəmər Surəsi 36. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Lut) onları Bizim əzabımızla hədələdi, onlar isə bu xəbərdarlıqlara şübhə ilə yanaşdılar.
Bünyadov-Məmmədəliyev:
And olsun ki, (Lut) onları Bizim əzabımızla qorxutmuş, onlar isə bu təhdidlərə (xəbərdarlıqlara) şübhə edib inanmamışdılar.
Elmir Quliyev :
Он предостерег их от Нашей Хватки, но они усомнились в его предостережениях.
Ələddin Sultanov:
Həqiqətən, Lut onlara şiddətli əzabımız barəsində xəbərdarlıq etmişdi. Ancaq onlar xəbərdarlıqlara şübhə etmişdilər.
Kerbelayi Malik ağa:
And olsun ki, Lut (ə.s) ‘şiddətli əzabımız’ haqqında onları xəbərdar etdi. Lakin onlar bu xəbərdarlıqlardan şübhə etdilər.
Ələsgər Musayev:
Əlbəttə, nəzərə çatdıraraq qorxudub çəkindirdi onları Bizim qüvvətimizdən, amma onlar nəzərə çatdıraraq qorxudub çəkindirmədən şübhədə oldular.
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən Lut onları (qövmünü) Bizim şiddətli cəzamızla qorxutdu, lakin onlar təhdidlər barəsində mübahisə şübhə etdilər.
Kövsər Tağıyev:
And olsun, Lut onları bizim şiddətli əzabımız barəsində xəbərdar etdi. Lakin onlar bu xəbərdarlıqları şübhə ilə qarşıladılar.
M.Qənioğlu və T.Bilaloğlu:
Lut bizim verdiyimiz əzab barədə onları (öncə) xəbərdar etmişdi, onlar isə xəbərdarlığa şübhə etmişdilər.
Sabirə Dünyamalıyeva:
And olsun ki, Lut, onlara xəbərdaqlı etmişdi Bizim yaxalamağımız barədə. Fəqət onlar xəbərdarlıqlara şübhə ilə yanaşdılar