Əlixan Musayev:
Həqiqətən, Allah yanında ayların sayı on ikidir. (Bunu )da Allah göyləri və yeri yaratdığı gündə Kitaba yazmışdır. Bunlardan dördü haram aylardır. Doğru din budur. Odur ki, bu aylarda özünüzə zülm etməyin. Müşriklər hamısı bir yerdə sizinlə vuruşduqları kimi, siz də hamınız bir yerdə onlarla vuruşun və bilin ki, Allah müttəqilərlədir.
Bünyadov-Məmmədəliyev:
Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir. Onların dördü (rəcəb, zülqədə, zülhiccə və məhərrəm) haram aylardır. Bu, doğru dindir (İbrahim və İsmailin gətirdikləri dinin doğru hesabı və hökmüdür). Ona görə də həmin aylarda özünüzə zülm etməyin. Müşriklərin hamısı sizinlə vuruşduqları kimi, siz də onlarla vuruşun və bilin ki, Allah müttəqilərlədir!
Elmir Quliyev
:
Воистину, число месяцев у Аллаха — двенадцать. Так было записано в Писании в тот день, когда Аллах сотворил небеса и землю. Четыре месяца из них — запретные. Такова правая религия, и посему не поступайте в них несправедливо по отношению к себе. Сражайтесь с многобожниками всеми вместе (или все вместе), подобно тому, как они сражаются с вами всеми вместе (или все вместе). Знайте, что Аллах — с богобоязненными.
Ələddin Sultanov:
Həqiqətən, Allah yanında ayların sayı, göyləri və yeri yaratdığı gündən bəri Allahın kitabında on ikidir. Onlardan dördü haram aylardır. Doğru din budur. Ona görə də o aylarda (Allahın qadağalarına qarşı çıxaraq) özünüzə zülm etməyin! Müşriklər sizə qarşı hamılıqla vuruşduqları kimi, siz də onlara qarşı hamılıqla vuruşun və bilin ki, Allah müttəqilərlə bərabərdir! (Yuxarıdakı ayədə işarə edilən haram aylar zülqədə, zülhiccə, məhərrəm və rəcəb aylarıdır.)
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, Allahın kitabında (ifadə edildiyi üzrə) ayların sayı Allahın dərgahında səmaların və yerin yaradıldığı gün (zaman) on ikidir. Onlardan dördü (rəcəb, zülqədə, zülhiccə və məhərrəm) haram aylardır. Bu (din) qəyyum olan dindir. Artıq o aylarda nəfslərinizə zülm etməyin. Onların hamınızla savaşdığı kimi siz də müşriklərin hamısıyla savaşın. Bilin ki, şübhəsiz Allah, təqva sahibləri ilə bərabərdir.
Ələsgər Musayev:
Həqiqətən, şəhrlərin sayı Allah yanında – o gündən ki,
səmaları və ərzi xəlq edib – Allahın kitabında on iki şəhrdir.
Onlardan dördü qadağandır. Budur möhkəm din. Onlarda öz
nəfsinizə zülm etməyin və hamınız müşriklərlə döyüşün, nə
qədər, onlar hamısı sizinlə döyüşürlər. Bilin ki, həqiqətən,
Allah müttəqilərlədir!
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən Allah yanında (Onun əzəli elmi və Lövhi-Məhfuzunda, qəməri) ayların sayı on iki aydır ki, (onlar) Allahın kitabında (yaradılış kitabı olan varlıq aləmində) göyləri və yeri yaratdığı gündən sabit və gerçəkdir (və yer kürəsi ilə ayın günəş sistemində sıralanmasının necəliyindən yaranır). Onlardan dördü (Rəcəb, Zilqədə, Zilhiccə və Məhərrəm ayları) haram (möhtərəm) aylardır (və onlarda döyüş haramdır). Bu, möhkəm və əbədi bir dindir (dinin hökmüdür). Odur ki, bu aylarda (onlara hörmətsizlik etmək və onlarda bir-birinizlə döyüşməklə) özünüzə zülm etməyin. Və (döyüş zamanı) müşriklər sizin hamınızla vuruşduqları kimi siz də onların hamısı ilə vuruşun və bilin ki, Allah pərhizkarlarladır.
Kövsər Tağıyev:
Şübhəsiz, Allahın göyləri və yeri yaratdığı günki yazısında Allah qatında ayların sayı on ikidir. Bunlardan dördü haram aylardır. Bu, Allahın doğru qanunudur. Elə isə o aylarda özünüzə zülm etməyin. Lakin Allaha şərik qoşanlar sizinlə necə hamılıqla savaşırlarsa, siz də onlarla hamılıqla savaşın. Bilin ki, Allah özünə qarşı gəlməkdən çəkinənlərlədir.
M.Qənioğlu və T.Bilaloğlu:
Həqiqətən, Allah göyləri və yeri xəlq etdiyi gündən Allahın Kitabı üzrə ayların sayı on ikidir. Bunlardan dördü haram [qadağan] aylarıdır. Bu, möhkəm dindir. Onlarda [aylarda] öz-özünüzə zülm etməyin, müşriklərin hamısı sizinlə vuruşduğu kimi siz də hamınız onlarla vuruşun və bilin ki, Allah müttəqilərlədir!
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, Allah yanında; Allahın göyləri və yeri yaratdığı günkü yazısında ayların sayı, on iki aydır. Onlardan dördü toxunulmaz [haram] aylardır. Bu, qoruyan dindir. Ona görə də, toxunulmaz aylarda özünüzə haqsızlıq etməyin. Və sizinlə hamılıqla döyüşən müşriklərlə siz də hamılıqla döyüşün. Və həqiqətən bilin ki, Allah, Özünün mühafizəsi altına daxil olanlarladır.