Əlixan Musayev:
Bu Quran Allahdandır, Ondan başqası tərəfindən uydurula bilməz. Lakin o, özündən əvvəlkiləri təsdiqləyən və aləmlərin Rəbbi tərəfindən (nazil edilmiş), içində də heç bir şəkk-şübhə olmayan kitabları müfəssəl izah edəndir.
Bünyadov-Məmmədəliyev:
Bu Quran Allahdan başqasına yalandan aid edilə bilməz. (O ancaq Allahdandır, başqası tərəfindən uydurula bilməz). Lakin o özündən əvvəlkiləri (Tövratı və İncili) təsdiq edən kitabı (lövhi-məhfuzdakı hökmləri) ətraflı izah edər. Onun aləmlərin Rəbbi tərəfindən nazil edilməsinə heç bir şübhə yoxdur!
Elmir Quliyev
:
Этот Коран не может быть сочинением кого-либо, кроме Аллаха. Он является подтверждением того, что было до него, и разъяснением Писания от Господа миров, в котором нет сомнения.
Ələddin Sultanov:
Bu Quran Allahdan başqasına isnad edilə bilməz. O, ancaq özündən əvvəlkiləri təsdiqləyən və Kitabı (hökmləri) bəyan edəndir. Onda heç bir şübhə yoxdur. O, aləmlərin Rəbbi tərəfindəndir.
Kerbelayi Malik ağa:
Bu Quran Allahdandır, başqası tərəfindən uydurula bilməz. Lakin, onların əllərində olanı təsdiq edər və Kitabı təfsil edər (detallı olaraq açıqlayar). Onun haqqında şübhə yoxdur, aləmlərin Rəbbindəndir.
Ələsgər Musayev:
Bu Qur’an Allahdan
başqasının yanından gəlmiş iftira deyil. Lakin təsdiq edir
əllərində olanı və Allahın hökmlərini təfsil edən kitabdır ki,
yoxdur şübhə onda, aləmlərin Rəbbindəndir!
A.Mehdiyev və D.Cəfərli:
Bu Qur’an Allahdan qeyrisi tərəfindən bir uydurma və yalan deyildir və (onun belə olması bir qayda olaraq və ağıl baxımından da qeyri-mümkündür) lakin özündən əvvəlkilərin (Tövrat və İncilin) təsdiq(ləyicis)i və hər bir (səmavi) kitabın şərhi və ətraflı izahıdır. Onda heç bir şəkk-şübhə yoxdur və aləmlərin Rəbbi tərəfindəndir.
Kövsər Tağıyev:
Bu Qur`an Allahdan başqası tərəfindən uydurulmamışdır. Lakin o, özündən əvvəlkiləri təsdiqləyən və Kitabı (Allahın Lövhi-məhfuzdakı yazısını) açıqlayan (bir kitab) olaraq endirilmişdir. Bunda heç bir şübhə yoxdur. (O,) Aləmlərin Rəbbi tərəfindəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Bu Quran Allahdan başqası tərəfindən uydurulmuş bir şey deyildir. Əksinə o, özündən əvvəlkiləri [Tövratı və İncili] təsdiqləyən və səmavi yazıları müfəssəl aydınlaşdırandır. Onun aləmlərin Rəbbindən olmasına heç bir şübhə yoxdur!
Sabirə Dünyamalıyeva:
Və bu Quran, Allahın altındakılar tərəfindən uydurulan deyil. Ancaq içindəkilərin təsdiqindən və Tövratın müfəssəl olaraq izahından ibarətdir. Onda şübhə ediləcək heç bir şey yoxdur. Aləmlərin Rəbbindən gəlmişdir.