Hud Surəsi 37. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Gözlərimizin önündə vəhyimiz üzrə gəmini düzəlt. Zalım olanlardan ötrü Mənə müraciət etmə. Şübhəsiz ki, onlar (suda) batırılacaqlar”.
Bünyadov-Məmmədəliyev:
Nəzarətimiz altında vəhyimiz üzrə (sənə öyrədəcəyimiz kimi) gəmini düzəlt, zülm edənlər barəsində mənə müraciət etmə (onların bağışlanmalarını Məndən xahiş etmə). Çünki onlar suda boğulacaqlar!”
Elmir Quliyev :
Воздвигни ковчег у Нас на Глазах и по откровению Нашему, и не проси Меня за тех, которые были несправедливы. Воистину, они будут потоплены".
Ələddin Sultanov:
Gözümüzün qabağında vəhyimizlə gəmini düzəlt! Zalımlar barəsində mənə heç bir şey demə! Şübhəsiz ki, onlar suda boğulacaqlar”.
Kerbelayi Malik ağa:
Vəhyimizlə Bizim nəzarətimiz altında gəmini düzəlt! Zülm edənlər haqqında Mənə xitab etmə. Onlar şübhəsiz ki, boğulacaq olanlardır.
Ələsgər Musayev:
Vəhyimizlə gözlərimiz qarşısında gəmini düzəlt. Mənə zalimlər barəsində xitab etmə - həqiqətən, onlar qərq olanlardır!»
A.Mehdiyev və D.Cəfərli:
«Və gəmini (onun hissələrini, həcmini, quruluşunu zaman məkanı) Bizim nəzarətimiz altında Bizim vəhyimizlə (vəhyimizin göstərişləri ilə) düzəlt zülm edənlər barəsində Mənimlə danışma (onların barəsində şəfaət vasitəçilik etmə) ki, onlar mütləq suda boğulmalıdırlar.»
Kövsər Tağıyev:
“Nəzarətimiz altında vəhyimizə görə gəmini düzəlt. Zülm edənlər haqqında mənə bir şey söyləmə. Çünki onlar suda boğulacaqlar”.
M.Qənioğlu və T.Bilaloğlu:
Bizim nəzarətimiz altında vəhyimizlə gəmi düzəlt haqsızlıq edənlər barəsində mənimlə danışma; həqiqətən, onlar qərq olunacaqlar!
Sabirə Dünyamalıyeva:
Bizim nəzarətimiz altında vəhyimizə görə gəmi düzəlt. Şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyən kəslər haqqında Mənə müraciət etmə. Həqiqətən onlar mütləq suya qərq olacaqlar."