Yusif Surəsi 37. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O dedi: “Sizə veriləcək yemək gəlməmişdən əvvəl mən bunun yozumunu sizə bildirərəm. Bu, Rəbbimin mənə öyrətdiklərindəndir. Mən Allaha iman gətirməyən, özləri axirəti inkar edən adamların dinindən uzaqlaşmışam.
Bünyadov-Məmmədəliyev:
(Yusif) belə cavab verdi: “Yeyəcəyiniz təam gəlməmişdən əvvəl mən onun mənasını (gördüyünüz yuxuların dünyada ilə nəticələnəcəyini ya yeməklərin nədən ibarət olacağını) sizə xəbər verərəm. Bu, Rəbbimin mənə öyrətdiyi elmlərdəndir. Mən Allaha inanmayan axirəti inkar eləyən bir tayfanın dinini tərk etdim!
Elmir Quliyev :
Он сказал: "Не успеют принести еду, которой вас кормят, как еще раньше я растолкую ваши сновидения. Это часть того, чему научил меня мой Господь. Воистину, я отрекся от религии людей, которые не веруют в Аллаха и не признают Последнюю жизнь.
Ələddin Sultanov:
Yusif dedi: “Sizə verilən yemək gəlmədən əvvəl onun yozumunu sizə xəbər verəcəyəm. Bu, Rəbbimin mənə öyrətdiklərindəndir. Şübhəsiz ki, mən Allaha inanmayan bir qövmün dinini tərk etmişəm. Məhz onlar axirəti inkar edirlər.
Kerbelayi Malik ağa:
Yusif (ə.s) belə dedi: ‘Sizə ruzi olaraq verilən yemək gəlmədən əvvəl onun təvilini (yozumunu) sizə xəbər verərəm. Bu ikisi Rəbbimin öyrətdiklərindəndir. Həqiqətən mən Allaha iman etməyən axirətlərini inkar edən bir qövmün dinini tərk etdim.’
Ələsgər Musayev:
Dedi: «Sizə ruzi olaraq verilən təamlarınız gəlməmişdən qabaq, onların təvilindən xəbər verərəm. Bunlar Rəbbimin mənə öyrətdikləridir. Həqiqətən, mən tərk etmişəm o qoumun millətini ki, Allah ilə inanmırlar onlar axirət ilə kafirdirlər».
A.Mehdiyev və D.Cəfərli:
(Yusuf) dedi: «Sizin gündəlik yemək payınız sizə gəlib çatmamışdan qabaq mən sizə o yuxunun yozumunu xəbər verəcəyəm. Bu (yuxu yozmaq elmi) Rəbbimin mənə öyrətdiklərindəndir. Çünki mən Allaha imanı olmayan axirətə kafir olan bir qövmün dinini tərk etmişəm.»
Kövsər Tağıyev:
Yusuf dedi ki: “Sizin yeyəcəyiniz yemək sizə gəlmədən əvvəl onun olduğunu bildirərəm. Bu, mənə Rəbbimin öyrətdiklərindəndir. Mən Allaha inanmayan axirəti inkar edən bir millətin dinini tərk etdim”.
M.Qənioğlu və T.Bilaloğlu:
O dedi: "Yeyəcəyiniz yemək sizə gələnə qədər bunların yozumunu sizə bildirəcəyəm. Bu Rəbbimin mənə öyrətdiklərindəndir. Mən Allaha iman gətirməyən axirətə küfr edən adamların dinini tərk etmişəm.
Sabirə Dünyamalıyeva:
Yusif: "Sizə veriləsi yemək gəlməmişdən əvvəl mən onun yozumunu sizə bildirərəm. Bu, Rəbbimin mənə öyrətdiyi şeylərdəndir. Şübhəsiz ki, mən, Allaha inanmayan bir qövmün -onlar axirəti bilərək inkar edənlər; inanmayanlardır- dinini, həyat tərzini tərk etdim.