İbrahim Surəsi 37. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ey Rəbbimiz! Mən nəslimdən bəzisini Sənin mühafizə olunan Evinin yaxınlığında, heç bir bitki olmayan bir vadidə sakin etdim. Ey Rəbbimiz! Onlar namaz qılsınlar deyə (belə etdim). İnsanların bir qisminin qəlbini onlara meylli et onlara (növbənöv) məhsullardan ruzi ver ki, bəlkə şükür etsinlər.
Bünyadov-Məmmədəliyev:
Ey Rəbbimiz! Mən əhli-əyalımdan bəzisini (İsmaili anası Hacəri) Sənin Beytülhəramının (Kəbənin) yaxınlığında, əkin bitməz bir vadidə (dərədə) sakin etdim. Ey Rəbbimiz! Onlar (vaxtlı-vaxtında, lazımınca) namaz qılsınlar deyə belə etdim. Elə et ki, insanların bir qisminin qəlbləri onlara (Kəbənin ziyarətinə, əhli-əyalıma mərhəmət göstərməyə) meyl etsin. Onlara (bu yerin ağaclarının) meyvələrindən ruzi ver ki, (nemətinə) şükür edə bilsinlər!
Elmir Quliyev :
Господь наш! Я поселил часть моего потомства в долине, где нет злаков, у Твоего Заповедного дома. Господь наш! Пусть они совершают намаз. Наполни сердца некоторых людей любовью к ним и надели их плодами, быть может, они будут благодарны.
Ələddin Sultanov:
Ey Rəbbimiz! Həqiqətən, mən nəslimdən bəzilərini Sənin müqəddəs evinin yanında, əkin bitməyən bir vadidə məskunlaşdırdım. Ey Rəbbimiz! Namazı qılsınlar deyə (bunu etdim). Sən insanlardan bir qisminin qəlblərini onlara meyil etdir onlara meyvələrdən ruzi ver ki, bəlkə, onlar şükür edələr. (Rəvayət olunduğuna görə Həzrət İbrahimin zövcəsi Saranın Həcər adında bir cariyəsi vardı. Uşaqları olmadığı üçün onu öz əri ilə evləndirdi onların İsmail adında bir oğlu dünyaya gəldi. Həzrət İbrahim onları Kəbə yaxınlığındakı bir yerdə məskunlaşdırdı. O dövrdə Məkkə ərazisi susuz qeyri-münbit bir yer idi. Allah-Təala Həzrət İbrahimin duasını qəbul etdi beləcə, orada yerdən Zəmzəm adı verilən su çıxdı.)
Kerbelayi Malik ağa:
Ey Rəbbimiz! Mən nəslimdən bir qismini əkin bitməyən bir vadiyə, Sənin Beyti Haramının yanında məskunlaşdırdım (yerləşdirdim). Ey Rəbbimiz! Namazı qılsınlar. Bir qisim insanların qəlbini onlara meyl etdir. Onlara məhsullardan ruzi ver. Beləcə onlar şükür edərlər.
Ələsgər Musayev:
Rəbbimiz! Mən sakin etdim zürriyyətimdən əkinsiz vadidə Sənin hörmətli evinin yanında. Rəbbimiz! Ondan ötrü ki, qalxalar islahata. Elə et ki, insanların könülləri onlara tərəf meyl etsin ruzi ver onlara səmərəli ruzilərdən ver, ola ki, şükr etsinlər!
A.Mehdiyev və D.Cəfərli:
«Ey Rəbbimiz, həqiqətən mən övladlarımdan bəzisini (İsmaili anası ilə birgə) Sənin möhtərəm toxunulmaz evinin yanında əkinsiz bir dərədə sakin etdim ki, ey Rəbbimiz, namaz qılsınlar. Buna görə elə et ki, insanların bir qisminin qəlbləri onlara meyl etsin. müxtəlif məhsullardan onlara ruzi ver, bəlkə şükr etsinlər».
Kövsər Tağıyev:
“Rəbbimiz! Mən övladlarımdan bəzisini sənin müqəddəs evinin (Kəbənin) yanında əkin bitməz bir vadiyə yerləşdirdim. Rəbbimiz! Namazı doğru-düzgün qılmaları üçün (belə etdim). Sən insanlardan bir qisminin könüllərini onlara meyl etdir, onlara məhsullardan ruzi olaraq ver ki, bəlkə şükür edələr”.
M.Qənioğlu və T.Bilaloğlu:
Rəbbimiz, mən nəslimdən (bəzilərini) Sənin Müqəddəs evinin yanında [Məkkədə] heç bitməyən bir vadidə sakin etdim ki, ey Rəbbimiz, onlar orada namaz qılsınlar. İnsanların ürəklərində onlara meyl yarat. Onlara bəhrələrdən ruzi ver ki, bəlkə şükr edələr.
Sabirə Dünyamalıyeva:
Rəbbimiz! Şübhəsiz ki, mən övladlarımdan bir hissəsini səlat etmələri [maddi zehni baxımdan dəstək olmaq; cəmiyyəti maarifləndirmə qurumlarını qurmaq-yaşatmaq] üçün, Sənin Toxunulmaz evinin yanında, əkinsiz bir vadiyə yerləşdirdim. Rəbbimiz! Verdiyin nemətlərin əvəzini ödəmələri üçün artıq Sən insanlardan bir qisminin qəlblərini onlara yönləndir. onlara bəzi meyvələrdən ruzi ver.