Möminun Surəsi 37. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Dünya həyatımızdan başqa heç bir həyat yoxdur; ölüb dirilirik (birimiz ölür, digərimiz anadan olur) biz dirildiləcək deyilik.
Bünyadov-Məmmədəliyev:
Bizim həyatımız yalnız bu dünyadadır. (Birimiz) ölür, (birimiz) dirilirik. (Birimiz dünyaya gəlir, birimiz dünyadan gedirik). Biz (öləndən sonra bir daha) dirildiləcək deyilik!
Elmir Quliyev :
Нет ничего, кроме нашей жизни в этом мире. Мы умираем и живем, и мы не будем воскрешены.
Ələddin Sultanov:
Bizim dünya həyatından başqa bir həyatımız yoxdur. Kimimiz ölür, kimimiz yaşayır. Biz təkrar dirildiləsi deyilik.
Kerbelayi Malik ağa:
Bizim həyatımız yalnız dünya həyatıdır. Yaşayarıq ölərik. Biz yenidən diriləcək deyilik.
Ələsgər Musayev:
Bu ancaq bizim dünya həyatımızdır ki, ölürük dirilirik biz, bir daha qalxmayacağıq.
A.Mehdiyev və D.Cəfərli:
Bizim ölüb dirildiyimiz (bir dəstənin ölüb digər bir dəstənin dirildiyi ya bir dəstənin öldüyü onların ruhlarının digər bir dəstənin cismində dirildiyi) bu dünya həyatından başqa bir həyat yoxdur biz heç vaxt dirildilən deyilik.
Kövsər Tağıyev:
“Həyat bu dünya həyatından ibarətdir. Ölərik yaşayarıq. Biz yenidən dirildiləcək deyilik”.
M.Qənioğlu və T.Bilaloğlu:
Bizim ancaq bu dünya həyatımız vardır. Biz öləcəyik (övladları nızda) yaşayacağıq, lakin dirildilməyəcəyik
Sabirə Dünyamalıyeva:
Yalnız bəsit dünya həyatımız [var]! Biz, ölərik, yaşayarıq. biz, dirildiləsi deyilik.