Əlixan Musayev:
Musa dedi: “Rəbbim Öz tərəfindən kimin doğru yolu göstərən rəhbər gətirdiyini və Axirət yurdunun kimə nəsib olacağını daha yaxşı bilir. Şübhəsiz ki, zalımlar nicat tapmazlar!”
Bünyadov-Məmmədəliyev:
Musa dedi: “Rəbbim Öz dərgahından kimin hidayətlə (doğru yola rəhbərliklə) gəldiyini və axirət yurdunun (gözəl aqibətinin) kimə nəsib olacağını daha yaxşı bilir. Həqiqətən, zalımlar nicat tapmazlar! (Muradlarına yetişməzlər!)
Elmir Quliyev
:
Тогда Муса (Моисей) сказал: "Мой Господь лучше знает, кто пришел с верным руководством от Него и чей исход в Последней жизни окажется счастливым. Воистину, беззаконники не преуспеют".
Ələddin Sultanov:
Musa dedi: “Rəbbim Öz tərəfindən kimin hidayətlə göndərildiyini və xeyirli aqibətin kimə qismət olacağını çox yaxşı bilir. Şübhəsiz ki, zalımlar nicat tapmazlar!”
Kerbelayi Malik ağa:
Musa (ə.s): ‘Rəbbim, kimin öz dərgahından hidayət ilə gəldiyini və dünya yurdunun sonunun kimin olacağını daha yaxşı bilir. Şübhəsiz ki, zalımlar, fəlaha (qurtuluşa) çatmazlar.’ dedi.
Ələsgər Musayev:
Dedi Musa: «R?bbim yaxs? bilir kim onun yan?ndan dogru hiday?tl? g?lib v? kimin ucun aqib?t evi var. H?qiq?t?n, zaliml?r nicat tapmayacaqlar!»
A.Mehdiyev və D.Cəfərli:
Musa dedi: «Mənim Rəbbim Onun tərəfindən (insanlara) düz yola dəvət gətirən kəsi(n halını) və bu evin (gözəl) aqibətinin kimə məxsus olacağını daha yaxşı bilir. (Dünya evinin gözəl aqibəti axirət evinin xoşluğudur). Şübhəsiz, zalımlar nicat tapmazlar».
Kövsər Tağıyev:
Musa: “Öz dərgahından kimin hidayət gətirdiyini və bu yurdun (gözəl) aqibətinin kimə aid olacağını Rəbbim daha yaxşı bilir. Doğrusu, zalımlar qurtuluşa nail olmazlar”, – dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Musa dedi: "Rəbbim Onun dərgahından kimin düz yol gətirdiyini və son mənzilin kim üçün necə olacağını yaxşı bilir. Həqiqətən, haqsızlar canlarını qurtara bilməzlər.”
Sabirə Dünyamalıyeva:
Musa isə dedi ki: "Mənim Rəbbim Öz dərgahından kimin doğru yolda rəhbərlik etmək üçün gəldiyini və yurdun sonunun kim üçün daha xeyirli olacağını daha yaxşı bilir. Şübhəsiz ki, şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyənlər nicat tapmaz."