Ənkəbut Surəsi 37. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar isə onu yalançı saydılar. Buna görə onları (qorxunc səsli bir) zəlzələ yaxaladı öz evlərində üzüqoylu düşüb qaldılar.
Bünyadov-Məmmədəliyev:
Amma (mədyənlilər) onu təkzib etdilər. Buna görə onları (dəhşətli) bir sarsıntı (zəlzələ) bürüdü. Onlar dizüstə çöküb evlərində qaldılar (hamısı həlak oldu).
Elmir Quliyev :
Они сочли его лжецом, и тогда их постигло землетрясение, и они оказались повергнуты ниц в своих домах.
Ələddin Sultanov:
Ancaq onlar Şüeybi yalanladılar. Buna görə onları sarsıntı yaxaladı öz yurdlarında diz üstə çöküb qaldılar.
Kerbelayi Malik ağa:
Lakin onu yalanladılar. Bu səbəblə onları şiddətli bir sarsıntı (zəlzələ) yaxaladı. Beləcə öz yurdlarında diz üstə çökmüş olaraq həlak oldular.
Ələsgər Musayev:
Yalançı saydılar onu tutdu onları titrəmə. Sabahısı öz diyarlarında hərəkətsiz düşərək qaldılar.
A.Mehdiyev və D.Cəfərli:
(Mədyənlilər) onu təkzib etdilər, bu zaman şiddətli bir zəlzələ onları yaxaladı. Öz evlərində üzləri üstə yerə düşdülər həlak oldular.
Kövsər Tağıyev:
Onu təkzib etdilər. Ona görə onları o məlum sarsıntı yaxaladı, yurdlarında diz üstə çöküb qaldılar.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar isə onu yalançı hesab etdilər onları sarsıntı [zəlzələ] yaxaladı. Onlar öz evlərində üzüquylu düşüb qaldılar [məhv oldular].
Sabirə Dünyamalıyeva:
Belə olduqda Onu təkzib etdilər, sonra da onları bir sarsıntı yaxaladı onlar öz yurdlarında dizüstə çöküb qaldılar.