Əlixan Musayev:
O kəslər ki, xəsislik edir və insanları da xəsisliyə sövq etdirirlər, Allahın Öz lütfündən onlara verdiyini gizlədirlər. Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq.
Bünyadov-Məmmədəliyev:
O kəslər ki, özləri xəsislik etməklə bərabər, başqalarını da xəsisliyə təhrik edir və Allahın öz lütfündən bəxş etdiyi nemətləri gizlədirlər (mütləq cəzalarına çatacaqlar). Biz (belə) kafirlər üçün alçaldıcı əzab hazırlamışıq!
Elmir Quliyev
:
которые скупятся, велят людям быть скупыми и утаивают то, что Аллах даровал им из Своей милости. Мы приготовили для неверующих унизительные мучения.
Ələddin Sultanov:
Bunlar,) xəsislik edən, insanlara xəsisliyi əmr edən və Allahın, Öz lütfündən onlara verdiyi şeyi (nemətləri, imkanları) gizlədən kəslərdir. Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq.
Kerbelayi Malik ağa:
Onlar ki, xəsislik edərlər və insanlara xəsisliyi əmr edərlər. Allahın onlara fəzlindən verdiyi şeyi gizlədərlər. Kafirlər üçün ‘alçaldıcı əzab’ hazırladıq.
Ələsgər Musayev:
o kəslər ki, simiclik edirlər və əmr
edirlər insanlara simiclk etməyi və gizlədirlər nə ki, əta edib
Allah onlara Öz fəzlindən! Biz hazırlamışıq kafirlər üçün
alçaldıcı əzab!
A.Mehdiyev və D.Cəfərli:
Həmin o kəsləri ki, (mal və elmi sərf etməkdə özləri) xəsislik edir, camaatı da (söz və əməllə) xəsisliyə sövq edirlər və Allahın Öz fəzl və mərhəmətindən onlara verdiyini gizlədirlər. Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq.
Kövsər Tağıyev:
Bunlar xəsislik edən, insanlara da xəsisliyi əmr edən və Allahın, öz lütfündən onlara verdiyi neməti gizləyən kimsələrdir. Biz də o nankorlara alçaldıcı bir əzab hazırlamışıq.
M.Qənioğlu və T.Bilaloğlu:
о kəsləri ki, onlar xəsislik edir, insanlara da xəsisliyi əmr edir, Allahın Öz lütfündən onlara verdiyi şeyləri gizlədirlər, - Biz kafirlər üçün rüsvayedici bir əzab hazırlamışıq, -
Sabirə Dünyamalıyeva:
xəsislik edən, insanlara xəsisliyi əmr edən və Allahın öz lütfündən onlara verdiklərini gizləyən kəsləri