Əlixan Musayev:
göylərin yollarına çatım və Musanın məbudunu görüm. Həqiqətən, mən onu yalançı sayıram!” Firona pis əməli beləcə gözəl göstərildi və o, yoldan çıxarıldı. Fironun hiyləsi uğursuz oldu.
Bünyadov-Məmmədəliyev:
Göylərin yollarına (yetişim) və Musanın Allahını görüm (Ona vaqif olum). Doğrusu, mən onu yalançı sayıram!” Firona pis əməli beləcə yaxşı göstərildi. O, (haqq) yoldan çıxarıldı. Fironun hiyləsi ancaq boşa çıxdı. (Firon xeyli xərc çəkib uca bir bina tikdirdi. Musanı təkzib etmək üçün cürbəcür vasitələrə əl atdı, lakin bunların hamısı hədər getdi. O, Musaya heç bir şey edə bilmədi).
Elmir Quliyev
:
путей небесных, и взгляну на Бога Мусы (Моисея). Воистину, я считаю его лжецом". Вот так Фараону представилось прекрасным зло его деяний, и он был сбит с пути. А козни Фараона оказались безуспешными.
Ələddin Sultanov:
Göylərə gedən yollara və Musanın ilahını görüm. Həqiqətən, mən onun yalançı olduğunu düşünürəm”. Beləcə, Firona pis əməli gözəl göstərildi və haqq yoldan çıxarıldı. Fironun hiyləsi, əlbəttə, boşa çıxdı.
Kerbelayi Malik ağa:
‘Göylərin səbəblərinə (yollarına) (çataram), beləcə Musanın İlahını görərəm. Şübhəsiz ki, mən Onun yalançı olduğunu zənn edirəm.’ Firona pis əməli gözəl göstərildi və beləcə yoldan sapdırıldı. Fironun hiyləsi hüsrandan başqa bir şey olmadı.
Ələsgər Musayev:
yoluna səmaların və
çatım Ilahisinə tərəf Musanın. Əlbəttə, mən zənn edirəm ki, o
yalançıdır». Belə zinətləndi Firaunun pis əməli onun üçün və o,
yoldan çıxdı. Deyil fəndi Firaunun, ancaq fəlakətdə!
A.Mehdiyev və D.Cəfərli:
«Göylərin (ulduzlar və digər səma varlıqları kimi) səbəb və vasitələrini! Və (bu yolla) Musanın Allahından xəbərdar olum. Əlbəttə, mən onu yalançı sanıram.» Beləcə pis əməlləri Firona gözəl göstərildi və o, yoldan (haqq və tovhid yolundan) saxlanıldı. Fironun məkr və hiyləsi yalnız puç və batil idi.»
Kövsər Tağıyev:
Musanın ilahını görərəm (!) Çünki mən onun yalançı olduğuna inanıram”. Beləliklə, Firona etdiyi pis əməl süslü göstərildi və doğru yoldan azdırıldı. Fironun hiyləsi tamamilə nəticəsiz qaldı.
M.Qənioğlu və T.Bilaloğlu:
göylərin yollarına və qalxıb Musanın tanrısını görəm. Axı mən onun yalançı olduğunu zənn edirəm. Fironun pis əməli onun üçün beləcə bəzədildi və o, yoldan çıxarıldı. Fironun fitnəsi ancaq puç olmağa məhkumdur.
Sabirə Dünyamalıyeva:
Musanın məbudunun nə olduğunu anlayım. Və şübhəsiz ki, mən onun yalançı olduğu fikrindəyəm" dedi. Beləliklə, Firona öz pis əməli yaxşı göstərildi və o, yoldan çıxarıldı. Və Fironun nizamı, yalnız itkiyə/zərərə uğrayıb əzab çəkməyə məhkumdur.