Ənam Surəsi 37. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Kafirlər) dedilər: “Niyə ona Rəbbindən bir möcüzə endirilməyib?” De: “Şübhəsiz ki, Allah möcüzə endirməyə qa-dirdir. Lakin onların çoxu (bunu) bilmir”.
Bünyadov-Məmmədəliyev:
(Məkkə müşrikləri) dedilər: “Məgər ona (Peyğəmbərə) Rəbbindən bir möcüzə endirilməli deyildimi?” De: “Allah möcüzə endirməyə qadirdir. Lakin onların çoxu (belə bir möcüzə göndərildikdə onu inkar edəcəkləri təqdirdə başlarına gələcək müsibət fəlakəti) bilməz!
Elmir Quliyev :
Они говорят: "Почему ему не ниспослано знамение от его Господа?" Скажи: "Аллах властен ниспослать знамение". Но большинство их не обладает знанием.
Ələddin Sultanov:
Onlar: “Ona (Peyğəmbərə) Rəbbindən bir möcüzə endirilməli deyildimi?” - dedilər. De: “Şübhəsiz ki, Allah möcüzə endirməyə qadirdir”. Lakin onların çoxu bilməz.
Kerbelayi Malik ağa:
‘Ona Rəbbindən bir ayə (möcüzə) endirilsə, olmazdımı?’ dedilər. ‘Şübhəsiz ki, Allah bir möcüzə (ayə) endirməyə qadirdir.’ de. Lakin onların çoxu bilməzlər.
Ələsgər Musayev:
Dedilər: «Əgər nazil olsaydı onun üzərinə ayət Rəbbindən?» De: «Həqiqətən, Allah qadirdir ayət endirməyə lakin onların əksəriyyəti bilmir».
A.Mehdiyev və D.Cəfərli:
(Kafirlər) dedilər: «Nə üçün ona (Musanın əsası Salehin dəvəsi kimi) bir nişanə möcüzə nazil olmayıb?». De: «Allah (sizin istədiyiniz qəbildən olan) bir nişanə nazil etməyə qadirdir. Lakin onların çoxu bilmirlər (ki, əgər bu nişanələrdən nazil olsa, Allahın ənənəvi qanunlarına əsasən, kafirlər onu inkar edən kimi əzab nazil olacaqdır).
Kövsər Tağıyev:
Dedilər ki: “Yaxşı olardı ki, ona Rəbbindən bir möcüzə endiriləydi”. (Ey Muhamməd!) De ki: “Şübhəsiz, Allahın bir möcüzə endirməyə gücü yetər. Lakin onların çoxu bilmir”.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar dedilər "Kaş onda Rəbbindən ona da bir möcüzə nazil ediləydi!" De: “Həqiqətən Allah möcüzə nazil etməyə qadirdir, lakin onların çoxu bilmir”
Sabirə Dünyamalıyeva:
onlar dedilər ki: "Məgər ona Rəbbindən bir işarət/nişanə endirilməli deyildimi?" De ki: "Şübhəsiz ki, Allah bir işarət/nişan endirməyə qadirdir, lakin onların çoxu bunu bilmir."