Yusif Surəsi 38. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Mən atalarım İbrahim, İshaq Yaqubun dininə tabe oldum. Hər hansı bir şeyi Allaha şərik qoşmaq bizə yaraşmaz. Bu, Allahın bizə (bütün) insanlara olan lütfüdür, lakin insanların çoxu şükür etmir.
Bünyadov-Məmmədəliyev:
Mən ata-babalarım İbrahim, İshaq Yəqubun dininə tabe oldum. Bizə heç bir şeyi Allaha şərik qoşmaq yaraşmaz. Bu (tövhid) Allahın bizə (bütün) insanlara bəxş etdiyi nemətdir, lakin insanların əksəriyyəti (Ona) şükür etməz!
Elmir Quliyev :
Я последовал за верой моих отцов Ибрахима (Авраама), Исхака (Исаака) и Йакуба (Иакова). Нам не подобает поклоняться никому, кроме Аллаха. Такова милость Аллаха к нам и к человечеству, но большинство людей неблагодарны.
Ələddin Sultanov:
Mən atalarım İbrahim, İshaq Yaqubun dininə tabe olmuşam. Hər hansı bir şeyi Allaha şərik qoşmaq bizə yaraşmaz. Bu, Allahın bizə insanlara olan lütfündəndir. Lakin insanların çoxu (Allaha) şükür etməz.
Kerbelayi Malik ağa:
Mən atalarım İbrahim (ə.s), İshaq (ə.s) Yaqubun (ə.s) dininə tabe oldum. Bizim Allaha bir şey ilə şirk qoşmamız ola bilməz. Bu Allahın bizə insanlara fəzlindəndir. Lakin, insanların çoxu şükür etməzlər.
Ələsgər Musayev:
Mən tabe oluram atalarım Ibrahim Ishaq Yəqubun millətinə. Bizə yaraşmaz ki, bir şeyi Allah ilə şərik qoşaq. Bu, Allahın bizə insanlara bağışladığı fəzlidir lakin insanların əksəriyyəti şükr etməz!
A.Mehdiyev və D.Cəfərli:
«Və atalarım İbrahimin, İshaqın Yəqubun dininə tabe olmuşam. Biz(im ailəmiz)ə Allaha heç bir şeyi şərik qoşmaq yaraşmaz. Bu (tovhid hidayət), Allahın bizə bütün insanlara olan lütflərindəndir. Lakin insanların çoxu şükr etmirlər.»
Kövsər Tağıyev:
“Atalarım İbrahim, İshaq Yaqubun dininə uydum. Allaha hər hansı bir şeyi şərik qoşmaq bizə yaraşmaz. Bu, bizə insanlara Allahın bir lütfüdür, lakin insanların çoxu şükür etməzlər”.
M.Qənioğlu və T.Bilaloğlu:
Ata-babalarım İbrahim, İshaq Yaqubun dini ardınca getdim. Biz Allaha heç bir şeyi şərik tutmamalıyıq. Bu, Allahın bizə (bütün) insanlara olan fəzilətindəndir. Lakin insanların çoxu buna şükr etmir.
Sabirə Dünyamalıyeva:
Mən ata-babalarım İbrahim, İshaq Yəqubun dininə, həyat qanununa tabe oldum. Bizim, Allaha heç bir şeyi şərik tutmağımız mümkün deyil. Bu, Allahın bizə insanlara bir nemətidir. Lakin insanların çoxu özlərinə verilən nemətlərin əvəzini ödəmirlər.