Əlixan Musayev:
Firon dedi: “Ey əyanlar! Mən sizin üçün özümdən başqa bir məbud tanımıram. Ey Haman! Mənim üçün palçığın üzərində od qala və bir qüllə düzəlt ki, Musanın məbudunun yanına qalxım. Mən, həqiqətən də, onu yalançılardan hesab edirəm.
Bünyadov-Məmmədəliyev:
Firon (istehza ilə) dedi: “Ey əyanlar! Mən sizin üçün özümdən başqa bir tanrı olduğunu bilmirəm. Ey Haman! Mənim üçün od qalayıb palçıqdan kərpic bişir və bir qüllə tikdir ki, (ora qalxıb) bəlkə, Musanın tanrısına tamaşa edim. Axı mən onu, həqiqətən, yalançı sayıram!
Elmir Quliyev
:
Фараон сказал: "О знать! Я не знаю для вас иного бога, кроме меня. О Хаман! Разожги огонь над глиной и сооруди для меня башню, чтобы я смог подняться к Богу Мусы. Воистину, я полагаю, что он является одним из лжецов".
Ələddin Sultanov:
Firon dedi: “Ey əyanlar! Sizin üçün məndən başqa bir ilah tanımıram. Ey Haman! Palçığın üzərində od qala və (kərpiç düzəldib bununla) mənim üçün bir qüllə tikdir ki, bəlkə, Musanın ilahına boylanıb baxa bildim. Həqiqətən, mən onun yalançılardan olduğunu hesab edirəm”.
Kerbelayi Malik ağa:
Firon: ‘Ey əyanlar! Mən, sizin üçün məndən başqa bir ilah bilmirəm (tanımıram). Mənim üçün atəş yandır, nəmli torpaqdan kərpic bişir. Beləcə mənə (yüksək) bir qüllə inşa et. Bəlkə mən Musanın ilahı ilə qarşılaşaram. Mən onun mütləq yalançılardan olduğunu zənn edirəm.’ dedi.
Ələsgər Musayev:
Dedi Firaun: «Ay boyukl?r! M?n sizin ucun ozumd?n qeyri ilahi bilmir?m. Ay Haman! M?nim ucun gil uz?rind? od yand?r v? m?nim ucun uca bir qala bina et, ola ki, m?n qalx?m Musan?n Ilahisin? t?r?f. H?qiq?t?n, m?n z?nn edir?m onu yalanc?lardan!»
A.Mehdiyev və D.Cəfərli:
Firon dedi: «Ey ölkə başçıları, mən sizin üçün özümdən başqa bir tanrı tanımıram. Ey Haman, (işin məlum olması üçün) palçıq üzərində od qala (və kərpic bişir), mənim üçün uca bir bina tik, bəlkə Musanın tanrısını görəm (ya ulduzların vəziyyətindən Onun varlığını dərk edəm). Əlbəttə, mən onu yalançılardan hesab edirəm».
Kövsər Tağıyev:
Firon: “Ey öndə gələnlər! Sizin məndən başqa bir ilahınız olduğunu bilmirəm. Ey Haman! Mənim üçün bir ocaq qalayıb kərpic bişir və mənə bir qüllə tik. Bəlkə çıxıb Musanın ilahını görərəm. Şübhəsiz, mən onun yalançılardan olduğunu zənn edirəm”, – dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Firon dedi: "Ey əyanlar! Mən sizin üçün özümdən başqa bir tanrı tanımıram. Mənim üçün, ey Haman, palçıq üzərində od qala [kərpic bişir] və mənim üçün qüllə düzəlt ki, bəlkə Musanın tanrısının yanına qalxam. Həqiqətən mən onun yalançılardan olduğunu zənn edirəm."
Sabirə Dünyamalıyeva:
Firon isə: "Ey əyanlar! Sizin üçün məndən başqa bir məbud tanımıram. Ey Haman! Mənim üçün palçıq üzərində dərhal od yandır; kərpic düzəlt və Musanın məbudu haqqında məlumat ala bilmək üçün mənə bir qüllə düzəlt. Və şübhə yox ki, onun yalançılardan biri olduğuna qəti surətdə inanıram" dedi.