Əlixan Musayev:
Qohum-əqrəbaya, yoxsula və müsafirə (onlara çatacaq) haqqını ver! Allahın Üzünü diləyənlər üçün bu daha xeyirlidir. Uğur qazananlar da elə məhz onlardır.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Yaxın qohuma, yoxsula (miskinə), (pulu qurtarıb yolda qalan) müsafirə (Allahın vacib buyurduğu) haqqını ver. Allah rizasını (Allahın camalını) diləyənlər üçün bu daha xeyirlidir. (Axirətdə) nicat tapanlar (mətləbinə yetişənlər) məhz onlardır!
Elmir Quliyev
:
Отдавай родственнику то, что ему полагается по праву, а также бедняку и путнику. Это лучше для тех, кто стремится к Лику Аллаха. Именно они являются преуспевшими.
Ələddin Sultanov:
Yaxın qohuma, yoxsula və yolda qalmış müsafirə (zəkat, yaxud sədəqədən) haqqını ver! Allahın rizasını istəyənlər üçün bu daha xeyirlidir. Onlar əsil nicat tapanlardır.
Kerbelayi Malik ağa:
Elə isə qohumlara, miskinlərə və yolçulara haqqlarını ver. Bu, Allahın Vəchini diləyənlər üçün daha xeyirlidir. Onlar fəlaha çatanlardır.
Ələsgər Musayev:
Və əta et yaxınlara və miskinlərə və yol oğluna öz
haqlarını. Bu, xeyirlidir o kəslər üçün ki, istəyirlər Allahın
vəchini. Həmin onlardır nicat tapanlar!
A.Mehdiyev və D.Cəfərli:
Qohumların, fəqirin (miskinin) və (pulu qurtarıb) yolda qalan kəsin haqqını ver. (Yaxın qohumlarının yaşayış xərcini, Peyğəmbərin yaxın qohumlarına (məsumlara) ənfal və xumsu, yoxsullara zəkatı, yolda qalan kəslərə zəkat və xumsu ver.) Bu (cür xərcləmək) Allahın razılığını istəyənlər üçün daha yaxşıdır və səadətə qovuşanlar onlardır.
Kövsər Tağıyev:
Elə isə qohuma, yoxsula və yolçuya haqqını ver. Bu, Allahın razılığını qazanmaq istəyənlər üçün daha xeyirlidir. Əsl nicat tapanlar onlardır.
M.Qənioğlu və T.Bilaloğlu:
Ona görə də qohum-əqrəbaya öz haqqını ver, yoxsula da, yolçuya da. Allahın razılığını qazanmaq istəyənlər üçün bu, daha xeyirlidir. Uğura qovuşanlar da onlardır.
Sabirə Dünyamalıyeva:
Elə isə, yaxınlıqda olana; yurdlarından çıxarılan kasıblara, miskinə və yolçuya haqqını ver. Bu, Allahın rizasını diləyənlər üçün daha xeyirlidir. Və bunlar öz vəziyyətini qoruyan, zəfər qazanan kəslərin məhz özüdür.