Əlixan Musayev:
Allahın Peyğəmbərə halal buyurduğu bir şeydə ona heç bir günah gəlməz. Öncə gəlib-gedənlər haqqında da Allahın qayda-qanunu belə idi. Allahın əmri əzəldən müəyyən edilmiş bir hökmdür.
Bünyadov-Məmmədəliyev:
Allahın Peyğəmbərə vacib (halal) buyurduğu bir şeydə (Zeynəblə evlənməkdə) ona heç bir günah yoxdur. Daha öncə gəlib-getmiş (Davud, Süleyman və başqaları kimi) peyğəmbərlər barəsində də Allahın qayda-qanunu (sünnəsi) belədir. Allahın əmri əzəli hökmdür! (O, mütləq yerinə yetməlidir!)
Elmir Quliyev
:
На Пророке нет греха в том, что предписал для него Аллах. Таково было установление Аллаха для тех, которые жили прежде. Веление Аллаха — решение предопределенное.
Ələddin Sultanov:
Allahın Peyğəmbərə halal etdiyi bir şeydə ona heç bir günah yoxdur. Allahın daha əvvəl gəlib-keçənlər (peyğəmbərlər) barəsindəki qanunu da belə idi. Allahın hökmü belə təqdir edilmişdir.
Kerbelayi Malik ağa:
Nəbi üçün Allahın Ona fərz etdiyi şeyi (yerinə yetirməsində) Ona bir çətinlik yoxdur. Daha əvvəl gəlib keçənlər üçün də Allahın qanunu bu idi. Allahın əmri təqdir edilmiş bir qədər idi (yerinə yetirildi).
Ələsgər Musayev:
Olmadı nəbinin üzərində, Allahın onun üçün vacib etdiyi
hökmü yerinə yetirməkdə günah. Allahın sünnəsi, qabaqcadan
keçib getmiş kəslərin arasında bu cür idi. Allahın əmri
qədərində müqəddir oldu.
A.Mehdiyev və D.Cəfərli:
Allahın Peyğəmbər üçün qərara almış olduğu şeydə ona heç bir çətinlik və maneə yoxdur; (Bu) Allahın bundan öncə gəlib getmiş kəslərin (peyğəmbərlərin) barəsində olan (cari) sünnəsidir (qayda-qanunudur). Daim Allahın (bəşər barədə olan) əmri təyin olunmuş bir hökmüdür və təqdir olunmuş (hesablanmış) bir qəzavü-qədərdır.
Kövsər Tağıyev:
Allahın vacib buyurduğu şeyləri yerinə yetirməsində peyğəmbərə bir günah yoxdur. Daha əvvəl gəlib keçən peyğəmbərlər haqqında da Allahın qanunu belədir. Allahın əmri mütləq yerinə yetəcəkdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Allahın əvvəlki (peyğəmbərlərə) aid etdiyi qanunu (Məhəmməd) peyğəmbərə də tətbiq etməsində peyğəmbərin heç bir günahı yoxdur. Allahın əmri qabaqcadan müəyyənləşdirilmiş bir hökmdür.
Sabirə Dünyamalıyeva:
Allahın ona fərz buyurduğu bir şeydə Peyğəmbər üçün bir çətinlik yoxdur. Daha əvvəl gəlib-getmiş kəslərdə;