Əlixan Musayev:
Və o kəsləri ki, öz mallarını insanlara göstərmək məqsədilə xərcləyir, Allaha və Axirət gününə inanmırlar. Kimin yoldaşı şeytandırsa, necə də pis yoldaşdır o!
Bünyadov-Məmmədəliyev:
Öz mallarını xalqa göstərmək (şöhrət qazanmaq) xətrinə xərcləyənləri, Allaha və axirət gününə inanmayanları da (Allah sevməz). Şeytanla yoldaşlıq edənlərin yoldaşı necə də pisdir!
Elmir Quliyev
:
Они расходуют свое имущество напоказ людям и не веруют в Аллаха и Последний день. Если дьявол приходится ему спутником, то плох такой спутник!
Ələddin Sultanov:
(Bunlar,) Allaha və axirət gününə iman gətirmədikləri halda mallarını insanlara göstəriş üçün infaq edənlərdir. Şeytan kimə yoldaşlıq edərsə, (bilsin ki,) o necə də pis bir yoldaşdır!
Kerbelayi Malik ağa:
Onlar mallarını insanlara göstəriş (riya) üçün infaq edərlər, Allaha və axirət gününə inanmazlar. Kim şeytanı özünə yaxın dost tutarsa, məhz bu pis bir dostluqdur.
Ələsgər Musayev:
O kəslər ki, infaq edirlər mallarını riya ilə insanlara və
inanmayırlar Allah ilə və günü ilə axırın və kim olar şeytan
onun üçün yoldaş. Və pis yoldaş!
A.Mehdiyev və D.Cəfərli:
Həmin o kəslər ki, mallarını riya və camaata göstərmək xatirinə xərcləyirlər və Allaha və axirət gününə imanları yoxdur. Yoldaş və həmdəmi Şeytan olan kəs (bilsin ki,) o çox pis bir həmdəmdir.
Kövsər Tağıyev:
Bunlar mallarını insanlara göstəriş üçün xərcləyən, Allaha və axirət gününə də inanmayan kimsələrdir. Yaxın dostu şeytan olan kəs nə pis dost tutmuşdur.
M.Qənioğlu və T.Bilaloğlu:
о kəsləri ki, onlar öz mallarını adamların gözünə xərclər, özləri isə nə Allaha, nə də axirət gününə inanarlar. Şeytana yoldaşlıq edənin nə pis yoldaşı vardır!
Sabirə Dünyamalıyeva:
və Allaha və axirət gününə iman etmədikləri halda, cammata özlərini göstərmək etmək üçün mallarını xərcləyən kəsləri sevməz. Və Biz, kafirlərə [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlərə] alçaldıcı bir əzab hazırlamışıq. Və şeytan kimə yoldaş/yaxın dost olsa, o necə də pis yoldaşdır!