Əlixan Musayev:
O kəslər üçün ki, Rəbbinin dəvətini qəbul edir, namaz qılır, işləri barədə öz aralarında məsləhətləşir, onlara verdiyimiz ruzidən (Allah yolunda) xərcləyirlər.
Bünyadov-Məmmədəliyev:
O kəslər üçün ki, Rəbbinin dəvətini qəbul edər (iman gətirər), namaz qılar, işlərini öz aralarında məsləhət-məşvərətlə görər, onlara verdiyimiz ruzidən (Allah yolunda) sərf edərlər.
Elmir Quliyev
:
которые отвечают своему Господу, совершают намаз, совещаются между собой о делах и расходуют из того, чем Мы их наделили,
Ələddin Sultanov:
Onlar Rəbbinin dəvətini qəbul edər, namazı qılar, öz aralarındakı işlərdə məşvərət edər və onlara verdiyimiz ruzidən infaq edərlər.
Kerbelayi Malik ağa:
Onlar Rəblərinin (dəvətini) qəbul edərlər və namazı qılarlar. Onlar işlərini aralarında toplanıb məsləhət və məşvərətlə görərlər. Onlara verdiyimiz ruzidən infaq edərlər.
Ələsgər Musayev:
O kəslər ki, cavab
verirlər Rəblərinə və ayağa qalxırlar islahata və əmrləri onların
şura ilədir öz aralarında və nədən ki, onları ruziləndirmişik
infaq edirlər.
A.Mehdiyev və D.Cəfərli:
Və o kəslər (üçün) ki, Rəbblərini(n iman və əmələ dəvətini) qəbul ediblər, namaz qılıblar, işləri aralarında məşvərət ilə aparılır və özlərinə verdiyimiz ruzidən (Allah yolunda) xərcləyirlər.
Kövsər Tağıyev:
Rəblərinin dəvətinə cavab verənlər və namazı doğru- düzgün qılanlar, işləri aralarında şura (məşvərət) ilə olanlar, onlara verdiyimiz ruzidən Allah yolunda xərcləyənlər,
M.Qənioğlu və T.Bilaloğlu:
o kəslər üçün ki, onlar öz Rəbbinin (haqqa dəvətinə) cavab verirlər, namaz qılırlar, öz aralarındakı işləri şura [məsləhət] ilə həll edirlər, onlara verdiyimiz ruzilərdən (Allah yolunda) sərf edirlər,
Sabirə Dünyamalıyeva:
Rəbbinin çağırışına cavab verən, salaatı iqamə edən, işləri də öz aralarında Şura – “işin ən yaxşı səmtini ortaqlaşaraq tapıb, ortaya çıxarmaq” olan, özlərini ruziləndirdiyimiz şeylərdən Allah yolunda xərcləyən/başda yaxınları olmaqla, başqalarının dolanışıqlarını təmin edənlər üçün