Maidə Surəsi 38. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Etdikləri əməlin əvəzində Allahın cəzası olaraq oğru kişinin oğru qadının əllərini kəsin! Allah Qüdrətlidir, Müd-rikdir.
Bünyadov-Məmmədəliyev:
Oğru kişi ilə oğru qadının gördükləri işin əvəzi kimi Allahdan cəza olaraq (sağ) əllərini kəsin. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!
Elmir Quliyev :
Вору и воровке отсекайте руки в воздаяние за то, что они совершили. Таково наказание от Аллаха, ведь Аллах Могущественный, Мудрый.
Ələddin Sultanov:
Oğurluq edən kişi qadının gördükləri işə görə Allahdan bir cəza olaraq əllərini kəsin! Allah qüdrətlidir, hikmət sahibidir.
Kerbelayi Malik ağa:
Oğurluq edən kişi qadının əməllərinin əvəzində Allahdan bir cəza olaraq əllərini kəsin. Allah Əzizdir, Hakimdir (hökm hikmət sahibidir).
Ələsgər Musayev:
Oğrluq edən kişi qadının əlini qətt edin Allah tərəfindən əzab olaraq, ilə ki, kəsb etdiklərinə cəza. Allah Əzizdir, Həkimdir!
A.Mehdiyev və D.Cəfərli:
(Ey İslam hakimləri,) oğru kişi oğru qadının əlini (baş barmaqlarını çıxmaqla sağ əllərinin dörd barmaqlarını) etdikləri işin müqabilində Allah tərəfindən müəyyənləşdirilmiş bir cəza olaraq kəsin. Allah yenilməz qüdrət (yaradılış şəriətdə) hikmət sahibidir.
Kövsər Tağıyev:
Etdiklərinin əvəzi olaraq Allahdan çəkindirici bir cəza olaraq oğru kişi ilə oğru qadının əllərini kəsin. Allah mütləq güc sahibidir, hökm hikmət sahibidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Tutduqları əməlin cəzası olaraq Allah tərəfindən bir ibrət olsun deyə, oğru kişi qadının hər ikisinin əlini kəsin! Allah qüdrət hikmət sahibidir.
Sabirə Dünyamalıyeva:
Oğru kişi oğru qadın; onların etdiklərinin əvəzində, Allah [tərəfindən] bir maneə olaraq dərhal hər ikisinin gücünü/güclərini kəsin. Allah, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan/[etdiyini] möhkəm edəndir.