Tur Surəsi 38. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Yoxsa onların, üstünə çıxıb (mələklərin söhbətlərini) dinlədikləri bir nərdivanı vardır? Onda qoy onların (mələkləri) dinləyənləri anlaşıqlı bir dəlil gətirsinlər!
Bünyadov-Məmmədəliyev:
Yoxsa onların üstünə çıxıb (vəhyi) dinlədikləri bir nərdivanı vardır?! Elə isə qoy onların (vəhyi) dinləyənləri açıq-aşkar bir dəlil gətirsinlər!
Elmir Quliyev :
Или же у них есть лестница, на которой они подслушивают разговоры ангелов? Пусть тот из них, кто подслушивал, приведет ясное доказательство.
Ələddin Sultanov:
Yoxsa onların üstünə çıxıb (qeybi) dinlədikləri nərdivanlarımı var?! Elə isə onların dinləyəni açıq-aydın bir dəlil gətirsin.
Kerbelayi Malik ağa:
Yoxsa onların orada (danışılanları) dinləyəcəkləri nərdivanlarımı var? Elə isə onları dinləyənlər açıq dəlil gətirsinlər.
Ələsgər Musayev:
Yoxsa onların sülümləri var, hansı ki, onun üzərindən eşidirlər? Qoy onların eşidənləri gəlsinlər aşkar sultanlıqla.
A.Mehdiyev və D.Cəfərli:
Yoxsa onların, üstündə (durub yuxarı aləmdəki söhbətlərə) qulaq asdıqları nərdivanları var? (Əgər belədirsə,) onda gərək onların qulaq asanı (dediklərinə) aşkar bir dəlil-sübut gətirsin.
Kövsər Tağıyev:
Yoxsa onların nərdivanlarımı var ki, onunla (ilahi vəhyi) dinləsinlər? (Əgər varsa,) dinləyənlər açıq bir dəlil gətirsin!
M.Qənioğlu və T.Bilaloğlu:
Yoxsa onların üzərinə çıxıb (vəhyi) dinlədikləri nərdivanlarımı vardır? Onlardan vəhyi dinləyən qoy aydın bir dəlil gətirsin.
Sabirə Dünyamalıyeva:
Yoxsa onların qulaq asdıqları bir nərdivanı vardır? Elə isə, qulaq asan, açıq-aşkar bir dəlil gətirsin.