Məaric Surəsi 38. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Deyəsən onların hamısı Nəim cənnətinə (bir təhər) girə biləcəklərini düşünürlər?
Bünyadov-Məmmədəliyev:
Məgər onların hər biri Nəim cənnətlərinəmi daxil olacağına ümid edir?
Elmir Quliyev :
Неужели каждый из них надеется, что его введут в Сад блаженства?
Ələddin Sultanov:
Onların hər biri Nəim cənnətinə girəcəyinimi ümid edir?! (Müşriklərin bir qismi Həzrət Peyğəmbərin ətrafına yığışan möminlərin arasına qarışıb onu dinləyir və: “Əgər bunlar Mühəmmədin dediyi kimi cənnətə girəcəklərsə, biz, əlbəttə, onlardan əvvəl cənnətə girərik!” - deyərək istehza edirdilər.)
Kerbelayi Malik ağa:
Onların hamısı Naim cənnətinə girəcəyinimi ümid edir?
Ələsgər Musayev:
Külli onlardan hər birinin tamahı var ki, nemətlərlə dolu cənnətə daxil olsun?
A.Mehdiyev və D.Cəfərli:
Yoxsa onlardan hər birinin tamahı var ki, (sabah Qiyamətdə kafir ola-ola) onu çox nemətli Cənnətə daxil edələr?!
Kövsər Tağıyev:
sağdan-soldan dəstələr halında
M.Qənioğlu və T.Bilaloğlu:
Onların hər biri Nəim [cənnət] bağına girmək arzusundadırmı?
Sabirə Dünyamalıyeva:
Onlardan hər biri, bir nemət cənnətinə daxil ediləcəyinə ümid edir?