Nəbə Surəsi 38. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ruh (Cəbrail) mələklər səf-səf duracağı gün, Mərhəmətli (Allahın) izin verdiyi kimsələrdən doğru (söz) deyənlərdən başqa heç kəs danışmayacaq.
Bünyadov-Məmmədəliyev:
Ruhun (Cəbrailin) mələklərin səf-səf duracağı gün Rəhmanın izin verdiyi kimsələrdən başqa heç kəs danışmayacaq, danışan da doğrunu deyəcəkdir!
Elmir Quliyev :
В тот день, когда Дух (Джибрил) и ангелы станут рядами, не будет говорить никто, кроме тех, кому позволит Милостивый, и говорить они будут правду.
Ələddin Sultanov:
Ruh (Cəbrail) mələklərin səf-səf duracaqları gün yalnız Rəhman olan Allahın izin verdiyi kimsə danışa biləcək, o da həqiqəti söyləyəcəkdir.
Kerbelayi Malik ağa:
O gün ruh (dövrün imamının ruhu) (ərşi tutan) mələklər, səff-səff durarlar. Rəhmanın izn verdiyi kimsədən başqa heç kim danışa bilməz. (Danışmağa izn verilən) yalnız savab söyləmişdir.
Ələsgər Musayev:
o gün ki, Ruh mələklər səf çəkərlər, kəsə bilməz kəlmə bir kəs, ondan başqa ki, ona izn verilib Rəhmandan deyər savab.
A.Mehdiyev və D.Cəfərli:
Ruhun (Cəbrail, yaxud mələklərin başçısı ya mələk cinsindən olmayan başqa şərafətli bir varlıq) mələklərin səf-səf duracağı gün Rəhman (olan Allah)ın izn verdiyi kəslərdən başqa heç kəs danışmayacaq, (danışan da) doğru danışacaq.
Kövsər Tağıyev:
Onlar Ruhun (Cəbrailin) mələklərin səf duracaqları gün Allaha heç bir söz deyə bilməyəcəklər. Sadəcə Rəhmanın izin verəcəyi doğrunu deyəcək kimsələr danışa biləcəkdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Ruhun [Cəbrailin] mələklərin sıra ilə düzüləcəkləri günü mərhəmətli Allahın izn verdiyi kəsdən başqa heç kim danışa bilməz. (Danışan da) həqiqəti deyəcəkdir.
Sabirə Dünyamalıyeva:
Nazil edilmiş ayələr vəhy, şahid olaraq səf-səf düzüldüyü gün, Rəhmanın [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allahın] icazə verdikləri xaricində heç kəs danışa bilməz.