Yunus Surəsi 39. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Xeyr! Onlar elmini qavraya bilmədikləri hələ yozumu onlara gəlməmiş bir şeyi (Quranı) yalan hesab etdilər. Onlardan əvvəlkilər yalan hesab etmişdilər. Bir gör zalımların aqibəti necə oldu.
Bünyadov-Məmmədəliyev:
Xeyir, o kafirlər elmini qavraya bilmədikləri hələ yozumu (müşriklərə, kafirlərə vəd edilmiş əzab) onlara gəlib çatmamış Quranı yalan hesab etdilər. Onlardan əvvəlkilər (Allahın əmrlərini, ilahi kitabları, öz peyğəmbərlərini) təkzib etmişdilər. Bir gör zalımların axırı necə oldu!
Elmir Quliyev :
Так нет же, они объявляют ложью знание, которое не способны постичь и толкование которого еще не свершилось. Таким же образом его отвергали их предшественники. Погляди же, каким был конец беззаконников!
Ələddin Sultanov:
Əksinə, onlar həqiqətini dərk edə bilmədikləri yozumu onlara gəlib çatmayan Quranı yalanladılar. Onlardan əvvəlkilər belə yalanlamışdılar. Bax gör, zalımların sonu necə oldu!
Kerbelayi Malik ağa:
Xeyr, onlara təvil (yozumu) gəlmədiyi üçün elmini qavraya bilmədikləri şeyi yalanladılar. Bunun kimi ondan əvvəlkilər yalanladılar. Artıq bax, zalımların aqibəti necə oldu.
Ələsgər Musayev:
Bəli, yalan sayırlar ilə ki, əhatəsizdirlər elmi ilə onun gəlməyib onlara təvili onun. Belə yalan saydılar o kəslər ki, onlardan qabaq var idilər nəzər sal necə oldu zalimlərin aqibəti?
A.Mehdiyev və D.Cəfərli:
(Onlar Qur’anı onun mənasını bilərək təkzib etmədilər,) əksinə, elmini bilmədikləri yozumu (həqiqətlərinin aşkar olacağı gün cahanşümul ədalət hökümətinin zahir olacağı Qiyamət günü) hələ onlara gəlməmiş şeyi təkzib etdilər. Onlardan əvvəlkilər (öz peyğəmbərlərini) belə təkzib etmişdilər. Buna görə zalımların aqibətinin necə olduğuna bax!
Kövsər Tağıyev:
Xeyr, elə deyil. Onlar elmini qavraya bilmədikləri özlərinə yozumu gəlməmiş olan bir şeyi təkzib etdilər. Onlardan əvvəlkilər (peyğəmbərləri onlara endirilən kitabları) belə təkzib etmişdilər. Bir gör, o zalımların sonu necə oldu.
M.Qənioğlu və T.Bilaloğlu:
Bəli, onlar qavraya bilmədikləri hələ izahı onlara gəlməmiş bir şeyi yalan hesab etmişdilər. Bir bax, zalımların aqibəti necə oldu!
Sabirə Dünyamalıyeva:
Əksinə, onlar elmini dərk edə bilmədikləri ilk dəfə meydana çıxması özlərinə hələ gəlib çatmamış olan olan bir şeyi yalan hesab etdilər. Onlardan əvvəlkilər belə təkzib etmişdilər. Bax gör, şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyənlərin aqibəti necə olmuşdur.