Əlixan Musayev:
Ey mənim zindan yoldaşlarım! Ayrı-ayrı tanrılar yaxşıdır, yoxsa Tək olan, (hər şeyə) Qalib gələn Allah?
Bünyadov-Məmmədəliyev:
Ey mənim iki zindan yoldaşım! (Sizə nə bir xeyir, nə də bir zərər verə bilən) ayrı-ayrı tanrılar daha yaxşıdır (ibadət olunmağa daha layiqdir), yoxsa bir olan, (hər şeyə) qadir (qalib) olan Allah?!
Elmir Quliyev
:
О мои товарищи по темнице! Множество различных богов лучше или же Аллах, Единственный, Могущественный?
Ələddin Sultanov:
Ey zindan yoldaşlarım, müxtəlif ilahlar daha yaxşıdır, yoxsa hər şeyə qadir olan tək Allah?!
Kerbelayi Malik ağa:
Ey zindan yoldaşlarım! Ayrı-ayrı Rəblərmi daha xeyirli yoxsa Vahid, Qəhhar (qəhr edici, hakim və qalib) olan Allahmı?
Ələsgər Musayev:
Ay zindan yoldaşlarım! Birbirindən
fərqli rəblər xeyirlidir, yoxsa Vahid, Qahir olan Allah?
A.Mehdiyev və D.Cəfərli:
«Ey mənim iki zindan yoldaşım, (bütlər, ulduzlar və sairə kimi) çoxlu və pərakəndə tanrılar yaxşıdır, yoxsa tək və (varlıq aləminə) hakim olan Allah?»
Kövsər Tağıyev:
“Ey zindan yoldaşlarım! Ayrı-ayrı ilahlar daha yaxşıdır, yoxsa mütləq hakimiyyət sahibi olan tək Allah?”
M.Qənioğlu və T.Bilaloğlu:
Ey zindan yoldaşlarım! Ayrı-ayrı rəbblər yaxşıdır, yoxsa bir olan qadir Allah?
Sabirə Dünyamalıyeva:
Ey mənim zindan yoldaşlarım! Ayrı-ayrı bir çox rəbblərmi daha yaxşıdır, yoxsa hər şeyə hakim və qalib olan bir tək Allahmı? Sizin, Onun altındakılardan ibadət etdikləriniz [şeylər] sizin və əcdadınızın uydurduğu bəzi adlardan başqa bir şey deyil.