Hicr Surəsi 39. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(İblis) dedi: “Ey Rəbbim! Sən məni yoldan çıxartdığına görə, mən yer üzündə onlara (pis işləri) gözəl göstərib onların hamısını azdıracağam.
Bünyadov-Məmmədəliyev:
(İblis) dedi: “Ey Rəbbim! Məni azdırmağına (rəhmətindən kənar etməyinə) əvəz olaraq and içirəm ki, mən (bunun müqabilində) onlara (pis əməllərini, günahlarını) yer üzündə yaxşı göstərib onların hamısını yoldan çıxaracağam!
Elmir Quliyev :
Иблис сказал: "Господи! За то, что Ты ввел меня в заблуждение, я приукрашу для них земное и непременно совращу их всех,
Ələddin Sultanov:
(İblis) dedi: “Ey Rəbbim! Sən Məni azdırdığına görə mən mütləq onlara yer üzündə (pis əməlləri) gözəl göstərəcək onların hamısını azdıracağam.
Kerbelayi Malik ağa:
(İblis belə) dedi: ‘Rəbbim, məni azdırdığına görə onlara mütləq yer üzündə (azğınlığı) gözəl göstərəcəm mütləq onların hamısını azdıracam.’
Ələsgər Musayev:
Dedi: «Rəbbim! ilə ağvay etdin məni, zinətləndirərəm onlar üçün ərzdəkiləri ağvay edərəm onları cəmiyyən,
A.Mehdiyev və D.Cəfərli:
Dedi: «Ey Rəbbim, məni (Öz dərgahından uzaqlaşdırmaqla) azğınlığa atdığına görə, mən yer üzündə (bütün pis işləri) onlar (insanlar) üçün zinətləndirəcək onların hamısını azdıracağam».
Kövsər Tağıyev:
İblis: “Rəbbim! Məni azdırdığına görə and olsun ki, yer üzündə pislikləri onlara gözəl göstərəcəyəm,
M.Qənioğlu və T.Bilaloğlu:
iblis dedi: "Rəbbim, məni bu hala saldığın üçün mən yer üzündə onlar üçün (pis əməlləri) bəzəyib (yaxşı əməl kimi göstərib) hamısını yoldan çıxaracağam,
Sabirə Dünyamalıyeva:
İblis dedi ki: "Ey Rəbbim! Sən məni, insanları azdırmaq üçün yaratdığın səbəblə həqiqətən mən yer üzündə, hər şeyi onlara gözəl göstərəcəyəm