İsra Surəsi 39. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Bunlar Rəbbinin sənə vəhy etdiyi hikmətdəndir. Allahla yanaşı başqa tanrıya ibadət etmə, yoxsa qınanmış qo­­vulmuş halda Cəhənnəmə atılarsan.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Bunlar Rəbbinin sənə vəhy etdiyi hikmətlərdəndir. Allahla yanaşı başqa tanrı qəbul etmə, yoxsa qınanmış (Allahın mərhəmətindən) kənar edilmiş bir halda Cəhənnəmə atılarsan!
Elmir Quliyev :
Такова часть мудрости, которая внушена тебе в откровении от твоего Господа. Не поклоняйся наряду с Аллахом никакому другому богу, а не то будешь брошен в Геенну порицаемым и отверженным.
Ələddin Sultanov:
(Ey Peyğəmbər!) Bunlar Rəbbinin sənə vəhy etdiyi hikmətlərdəndir. Allahla yanaşı başqa bir ilah qəbul etmə! Yoxsa qınanmış (Allahın rəhmətindən) uzaqlaşdırılmış olaraq cəhənnəmə atılarsan.
Kerbelayi Malik ağa:
Bunlar Rəbbinin sənə vəhy etdiyi hikmətlərdəndir. Allah ilə bərabər başqa ilah qəbul etmə! Yoxsa qınanmış qovulmuş olaraq cəhənnəmə atılarsan.
Ələsgər Musayev:
Bu, Rəbbinin sənə vəhy etdiyi hikmətdəndir etmə Allahla birlikdə axır ilahi ki, cəhənnəmdə məlum olan nifrətlə qarşılaşarsan!
A.Mehdiyev və D.Cəfərli:
Bu (iyirmi neçə vacib haram xislət), Rəbbinin sənə vəhy etdiyi bəzi hikmətlərdəndir (şəriət hökmləri əqli qanunlardandır). Allahla yanaşı əsla başqa bir məbud götürmə ki, (Allah vicdan tərəfindən) qınanmış (yaxşıların zümrəsindən) qovulmuş halda Cəhənnəmə atılarsan.
Kövsər Tağıyev:
Bunlar Rəbbinin sənə vəhy etdiyi bəzi hikmətlərdir. Allah ilə yanaşı başqa ilah tutma. Yoxsa qınanmış Allahın rəhmətindən qovulmuş olaraq cəhənnəmə atılarsan.
M.Qənioğlu və T.Bilaloğlu:
Bu, sənin Rəbbinin sənə vəhy etdiyi hikmətdəndir. Başqa bir tanrını Allaha tay tutma, yoxsa sən məzəmmətə layiq, qəhr olunmuş vəziyyətdə cəhənnəmə atılmış olarsan.
Sabirə Dünyamalıyeva:
Bax, yuxarıda deyilən bu qanunlar/əmrlər, Rəbbinin sənə vəhy etdiyi, səhv işlərin qarışıqlığın qabağını almaq üçün qoyulmuş qanun, düstur qaydalardan bəziləridir. Allahla yanaşı başqa bir məbud[#185] qəbul etmə. Əks halda qınanmış qovulmuş halda cəhənnəmə atılarsan.