Taha Surəsi 39. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
“Onu bir sandığa qoyub çaya burax ki, çay onu sahilə atsın həm Mənim düşmənim, həm onun düşməni olan birisi onu götürsün”. Gözlərim önündə boya-başa çatdırılasan deyə, Öz tərəfimdən sənə qarşı (qullarım arasında) məhəbbət oyatdım.
Bünyadov-Məmmədəliyev:
(O zaman ki, Mən anana buyurmuşdum: ) “(Musanı) bir sandığa qoyub çaya (Nilə) at. Qoy çay onu sahilə çıxartsın Mənə də, ona düşmən olan birisi (Firon) onu (sudan tapıb) götürsün”. (Ya Musa!) Gözümün qabağında boya-başa çatdırılasan deyə, Öz tərəfimdən (insanların ürəklərində) sənə bir sevgi yaratdım. (Mərhəmət nəzərim heç vaxt üstündən əskik olmadı. Elə etdim ki, Firon özü, arvadı Asiyə ətrafındakıların hamısı səni sevdi).
Elmir Quliyev :
"Положи его в сундук и пусти его по реке, и река выбросит его на берег. Его подберет Мой враг и его враг". Я одарил тебя Своей любовью, и тебя взрастили у Меня на Глазах.
Ələddin Sultanov:
“Onu (Musanı) bir sandığa qoyub çaya (Nil çayına) at ki, qoy çay onu sahilə çıxartsın, beləliklə Mənim onun düşməni olan (Firon) onu götürsün”. (Ey Musa!) gözümün qabağında (nəzarətimdə) boya-başa çatasan deyə səni (hər kəs tərəfindən) sevilən biri etdim. (Anası Musanın da digər yəhudi oğlan uşaqları kimi Firon tərəfindən öldürüləcəyindən qorxduğu üçün onu bir sandığa qoyub Nil çayına atdı. Fironun zövcəsi Asiyə çay kənarında ikən uşağı gördü Allahın bir lütfü olaraq ona qarşı sevgi duydu. Beləcə, onu övladlığa götürdü onun üçün süd anası axtarmağa başladı. Qardaşının başına gələnləri öyrənən Musanın bacısı, onun üçün süd anası axtarıldığını xəbər tutan kimi Fironun sarayına getdi.)
Kerbelayi Malik ağa:
Onu sandığa qoymasını, sonra onu dənizə buraxmasını (vəhy etmişdik). Beləcə dəniz onu sahilə atsın, Mənim onun düşməni onu götürsün. Gözümün önündə yetişdirilməyin üçün sənə Özümdən sevgi verdim.
Ələsgər Musayev:
“Onu tabuta qoyub dənizə at dəniz onu sahilə yetirsin. O kəs ki, Mənə ona düşməndir, onun tutsun”. Öz tərəfimdən sənin məhəbbətini ürəklərə saldım, ta sənin pərvərişin nəzərim altında əncam tapsın.
A.Mehdiyev və D.Cəfərli:
(Ona ilham etdik) ki: Onu bir sandığa qoy onu dənizə at. Sonra (Bizim əzəli istəyimiz belə oldu ki,) gərək dəniz onu, Mənim onun düşməninin götürməsi üçün sahilə atsın. (bir sıra xeyirlərə görə və) həmçinin (öhdənə yüksək məqam götürəcəksən deyə) Öz nəzarətim altında tərbiyə alıb yetişməyin üçün Öz tərəfimdən (qəlblərə) sənin məhəbbətini saldım.
Kövsər Tağıyev:
“Onu (körpə Musanı) sandığın içinə qoy dənizə (Nilə) at ki, dəniz onu sahilə atsın, həm mənə, həm ona düşmən olan biri (Firon) onu götürsün. Ey Musa, seviləsən himayəm altında yetişdiriləsən deyə öz tərəfimdən sənin üçün bir məhəbbət yaratmışdım”.
M.Qənioğlu və T.Bilaloğlu:
Onu [Musanı] sandığa qoy, dəryaya tulla, qoy dərya onu sahilə atsın. Onu Mənim onun bir düşməni [Firon] götürəcəkdir”. Mən (insanlarda) sənə məhəbbət yaratdım ki, sən gözlərim qarşısında boya- başa çatdırılasan.
Sabirə Dünyamalıyeva:
‘Musanı sandıq içinə qoy bol suya/çaya burax, sonra da bol su/çay onu sahilə atsın. Onu Mənə düşmən olan ona düşmən olan birisi alsın.' Mən Öz tərəfimdən sənin üstünə bir sevgi yaratdım Mənim nəzarətim altında boya-başa çatdırılmağın üçün,