Ənbiya Surəsi 39. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Kaş ki, kafirlər üzlərindən kürəklərindən onları saracaq alovdan qaça bilməyəcəkləri onlara heç bir köməyin edilməyəcəyi vaxtın (gələcəyini) biləydilər!
Bünyadov-Məmmədəliyev:
Kaş kafirlər atəşi üzlərindən arxalarından dəf edə bilməyəcəkləri onlara heç bir kömək olunmayacağı vaxtı (qiyaməti) biləydilər! (Əgər bilsəydilər, belə bir sual verməz, həm Allahın əzabının tezliklə gəlməsini istəməzdilər).
Elmir Quliyev :
Если бы только неверующие знали о том времени, когда они не смогут отвратить Огонь от своих лиц и своих спин, когда им никто не поможет!
Ələddin Sultanov:
Kaş kafirlər üzlərindən arxalarından (onları bürüyən) alovu dəf edə bilməyəcəkləri onlara heç bir yardım olunmayacağı vaxtı biləydilər.
Kerbelayi Malik ağa:
Kafirlər atəşi üzlərindən kürəklərindən dəf edə bilməyəcəkləri kömək olunmayacaqları zamanı kaş ki bilsəydilər.
Ələsgər Musayev:
Əgər bilsəydilər vaxtını o kəslər ki, kafirdirlər, qaytara bilməyəcəklər vəchlərindən odu kürəklərindən onlara yardım olunmayacaqdır!
A.Mehdiyev və D.Cəfərli:
Əgər küfr etmiş kəslər üzlərindən arxalarından (Cəhənnəm) odu(nu) dəf edə bilməyəcəkləri kömək olunmayacaqları vaxtı bilsəydilər (əsla tələsməzdilər).
Kövsər Tağıyev:
İnkar edənlər üzlərindən kürəklərindən cəhənnəm odunu dəf edə bilməyəcəkləri heç bir yardım da görməyəcəkləri vaxtı, kaş ki, biləydilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Kaş kafirlər odu öz üzlərindən kürəklərindən dəf edə bilməyəcəkləri özlərinə heç bir kömək göstərilməyəcək vaxtdan xəbər tutaydılar.
Sabirə Dünyamalıyeva:
Kafirlər [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar etmiş olan kəslər] atəşi üzlərindən arxalarından dəf edə bilməyəcəkləri əsla bir kömək görməyəcəkləri zamanı bir bilsəydilər!