Əlixan Musayev:
(Kafirlərin )vuruşa başladığı insanlara, (o kafirlərlə) (vuruşmağa) icazə verilmişdir. Çünki onlar zülmə məruz qalmışlar. Şübhəsiz ki, Allah onlara kömək etməyə qadirdir.
Bünyadov-Məmmədəliyev:
Zülmə məruz qaldıqlarına görə vuruşanlara (kafirlərə qarşı Allah yolunda döyüşməyə) izin verilmişdir. Allah onlara kömək etməyə, əlbəttə, qadirdir!
Elmir Quliyev
:
Дозволено тем, против кого сражаются, сражаться, потому что с ними поступили несправедливо. Воистину, Аллах способен помочь им.
Ələddin Sultanov:
Düşmən hücumuna məruz qalanlara (möminlərə) zülmə uğradıqları üçün (döyüşməyə) izin verilmişdir. Şübhəsiz ki, Allah onlara yardım etməyə qadirdir. (Məkkəli müşriklər Həzrət Peyğəmbərə və əshabına, xüsusilə də fağır və aciz kimsələrə müxtəlif cür işgəncələr verir və onlara basqınlar edirdilər. Möminlər də Həzrət Peyğəmbərin yanına gələrək bundan şikayət edir və döyüşmək üçün icazə istəyirdilər. Ancaq Allah tərəfindən izin verilmədiyi üçün Həzrət Peyğəmbər onlara səbirli və mətin olmalarını tövsiyə edirdi. Beləliklə, yuxarıdakı ayə ilə ilk dəfə müharibə üçün möminlərə icazə verilmişdir.)
Kerbelayi Malik ağa:
Zülmə uğrayan kimsələrə döyüşmələri üçün icazə verildi. Şübhəsiz ki, Allah onlara kömək etməyə qadirdir.
Ələsgər Musayev:
Izn verildi o kəslər üçün ki, onlarla döyüşürlər, ona görə
ki, onlara zülm olundu. Həqiqətən, Allah onlara kömək etməyə
qadirdir!
A.Mehdiyev və D.Cəfərli:
Məcburi müharibəyə məruz qalanlara cihad və döyüş icazəsi verildi. Çünki onlara zülm olunmuşdur. Allah onlara kömək etməyə əlbəttə, tam qadirdir.
Kövsər Tağıyev:
Özlərinə qarşı savaş açılan müsəlmanlara zülmə məruz qalmaları səbəbi ilə cihad izni verildi. Şübhə yoxdur ki, Allah onlara yardım etməyə qadirdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Kafirlərin vuruşduqlarına [möminlərə] izn verilmişdir ki, zülmə məruz qaldıqları üçün onlarla vuruşsunlar. Həqiqətən, Allah onlara kömək etməyə qadirdir.
Sabirə Dünyamalıyeva:
Müharibəyə məruz qalan kəslərə, haqsızlığa uğramaları; sırf "Rəbbimiz Allahdır" dediklərinə görə haqsız yerə yurdlarından çıxarılmaları səbəbiylə döyüşməyə icazə verildi. Və şübhəsiz ki, Allah onları zəfərə çatdırmağa ən yaxşı qadir olandır.